Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilər özlərinin qazdığı quyuya düşərək biabır olmuşlar

Bakı, 4 sentyabr (AZƏRTAC). Ermənistanın Panorama.am agentliyi bu günlərdə Azərbaycan kütləvi informasiya vasitələrini guya Florida ştatı tərəfindən erməni hərbçilərinin Xocalıda törətdiyi cinayət və dinc sakinlərin güllələnməsi haqqında qətnamə qəbul edilməsi barədə “yanlış” məlumat yaymaqda “ifşa etməyə” başlamışdır.

Lakin çox vaxt olduğu kimi, bu dəfə də təşəbbüs onu irəli sürənlərin cəzalandırılması ilə nəticələnmişdir. Əgər ermənilər özləri bu qondarma “jurnalist təhqiqatı” ilə “qarğa, məndə qoz var” deməsəydilər, biz onların öz yalanlarını ifşa etməyə başlamazdıq. Necə deyərlər, özləri də bilmədən, işləri korlayan başabəla hay “ifşaçılar” özlərini ifşa etməyə əsas vermişlər.

Əvvələn, xanım Defni Kempbelin Xocalı soyqırımını etiraf etməsi barədə rəsmi informasiya ilk dəfə AZƏRTAC-ın saytında yerləşdirilmişdir (http://azertag.com/ru/node/1126850) və agentliyin məlumatında heç bir səhv olmamışdır. Sonradan digər (əsasən özəl) kütləvi informasiya vasitələrinin həmin məlumatı necə yozmalarının isə nə AZƏRTAC-a dəxli var, nə də Azərbaycan dövlətinə. İlk mənbədə heç bir səhv olmamışdır. AZƏRTAC-ın məlumatında “Florida ştatının qətnaməsi” barədə söhbət getmirdi. O vaxt da söhbət ondan gedirdi, indi də söhbət ondan gedir ki, ayrıca bir siyasətçi - Florida ştatının nümayəndələr palatasının bir üzvü Xocalı soyqırımını ŞƏXSƏN ONUN (!) tanıması barədə qətnamə imzalamışdır. Həqiqətən, Defni Kempbel belə bir sənəd imzalamışdır. Biz başabəla erməni “ifşaçılar” üçün həmin sənədin skanlanmış surətini məmnuniyyətlə yenidən təqdim edirik.

Qeyd etmək lazımdır ki, bu və ya digər faktın ayrıca bir nəfər və ya bir qrup siyasətçi tərəfindən tanınması tamamilə adi məsələ və ABŞ praktikasında yetərincə geniş yayılmış haldır. “Nümayəndələr palatasının qətnaməsi” məsələsinə gəldikdə isə, bağışlayın, bu, hayların təşviqat və təbliğat maşınının öz uydurmasıdır. Yeri gəlmişkən, əvvəlcə yalan yaratmaq, sonra onu Azərbaycan tərəfinin ünvanına yazmaq, daha sonra hay-küylə bu yalanı “ifşa etmək” erməni təbliğat-təşviqat maşınının çox xoşladığı taktikadır.

İkincisi, erməni agentliyinin məlumatının sərlövhəsi belədir: “Florida did not accept any resolution on Aghdam events”. … Bu barədə hayların dedikləri ilə tam razıyıq. Doğrudan da, Floridada Ağdam haqqında heç vaxt heç bir sənəd qəbul edilməmişdir - imzalanmış sənəddə uydurma “Ağdam qırğını” barədə deyil, bir sıra dövlətlər və Amerikanın bir sıra ştatları tərəfindən tanınmış fakt - Xocalıda insanlığa qarşı törədilmiş cinayət barədə söhbət gedirdi! Bu da Panorama.am saytının məlumatındakı 2 nömrəli yalan. Biz analoji qaydada ermənilərin bu cinayəti barədə qəbul edilmiş bütün qətnamələri sənədlərlə təsdiq edə bilərik - bu qətnamələrin heç birində “Ağdam” sözünə rast gəlməzsiniz.

Üçüncüsü, biz, əlbəttə, hayların təbliğat-təşviqat maşınına minnətdarıq ki, o, təbliğat yalanları mövzusunu qaldırmış və istər-istəməz özü həmin gölməçəyə düşmüşdür. Məsələn, erməni KİV-ləri və hətta erməni diplomatları da Amerikanın bəzi ştatlarında “DQR-in müstəqilliyinin” tanınması barədə bütün dünyaya car çəkmişlər. Halbuki məsələ bu dərəcəyə çatmamışdır. Məsələn, emənilərin REGNUM agentliyi Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın Twitter şəbəkəsindəki şəxsi səhifəsində dərc edilmiş belə bir məlumatı sitat gətirmişdir ki, guya Men ştatı Dağlıq Qarabağın müstəqilliyini tanımışdır (http://www.regnum.ru/news/1647238.html). Bu, ağ yalandır! Həmin ştatın erməni lobbisi tərəfindən hazırlanmış nümayəndələr palatasının və senatın 987 nömrəli birgə qətnaməsinin (HJR 987) layihəsi ştatın qanunvericilərinin səyləri ilə rədd edilmişdir. Beynəlxalq hüquq sahəsində savadsızlığın ləğvinə ehtiyacı olmayan bu qanunvericilər erməni diasporunun hədiyyəsini rədd etmişlər. Həmin qətnamənin layihəsinin aqibəti ilə Men ştatının qanunvericilik orqanının rəsmi saytında tanış ola bilərsiniz. Ştat leqislaturasının internet səhifəsindən göründüyü kimi, bu layihə “qeyri-müəyyən müddətə təxirə salınmışdır” (bax: http://www.mainelegislature.org/legis/bills/display_ps.asp?paper=HP0987&snum=126). Amerika qanunvericilərinin dilində “indefinitely postponed” ifadəsi “buried” deməkdir, yəni, həmin sənəd “dəfn edilmişdir”. Populyar Legiscan portalında isə qətnamə layihəsi barəsində 2013-cü il aprelin 30-da çıxarılmış qəti verdikt kimi DEAD (ölü) sözünə rast gələ bilərsiniz (bax: http://legiscan.com/ME/bill/HP0987/2013). Yeri gəlmişkən, Men ştatı tərəfindən guya “dqr-in müstəqilliyi”nin tanınması barədə eyni yalanı da indi “prinsipiallıq möcüzələri” göstərən həmin Panorama.am resursu yaymışdır (http://www.panorama.am/ru/politics/2013/04/10/balayan/). Men ştatının nümayəndələr palatası və senatı isə erməni hərbçilərinin Xocalıda törətdiyi qırğına görə onları pisləyən HLS-1049 nömrəli birgə bəyanat qəbul etməklə ermənilərə sanki şapalaq vurmuşdur (sənədli sübutun fotoşəkli əlavə edilir). Buna görə də Tiqran Balayana məsləhətimiz budur ki, qəlyanaltı etməyi unutmasın, əks halda xam xəyallar onu o dərəcədə sərməst edə bilər ki, qondarma “dqr”-in bəlkə də BMT-yə üzv qəbul edilməsi iddiasına düşər.

Erməni yalançılarının növbəti uydurması DQR-in müstəqilliyinin Massaçusets ştatı tərəfindən guya tanınması barədə məlumat olmuşdur (bax: http://armenianow.com/karabakh/45228/armenia_karabakh_united_states_maine_recognition, http://novostink.ru/nkr/45185-amerikanskiy-shtat-meyn-priznal-nezavisimost-nagorno-karabahskoy-respubliki.html materialındakı sonuncu cümlə). Bu ştatda ANCA və AAA tərəfindən hədiyyələr qazanmaq üçün dəridən-qabıqdan çıxan erməni lobbiçisinin kimliyi bizə məlum deyil (əslində bu detallar bizi heç maraqlandırmır), lakin bir şeyi tam dəqiq bilirik - Massaçusets ştatının qanunvericilik orqanında belə bir sənəd müzakirə olunmamış, səsverməyə qoyulmamış və qəbul edilməmişdir, bu ştat öz adını ləkələməmişdir. Hər halda ştatın legislaturasının arxivində bu barədə heç bir məlumat yoxdur. Massaçusets ştatının legislaturasının internet səhifəsinə (https://malegislature.gov/Bills/Search) və məşhur Legiscan resursuna (http://legiscan.com/MA/legislation) da baxa bilərsiniz, lakin bu resursların axtarış sistemləri vasitəsilə Qarabağ barədə qətnaməyə oxşar heç bir məlumat tapa bilməyəcəksiniz, çünki sadəcə olaraq belə məlumat yoxdur!

Amma bunun əvəzində ştatın nümayəndələr palatasının spikeri Robert de-Leo 2010-cu il fevralın 25-də Xocalı qırğını ilə əlaqədar ştatın qanunverici orqanı adından başsağlığı imzalamışdır. Həmin sənədin skanlanmış surətini sənədli sübut kimi təqdim edirik.

Pensilvaniya ştatında Dağlıq Qarabağın təyini-müqəddərat hüququnun dəstəklənməsi haqqında sənədlər müvafiq masalar üzərinə göndərilməklə dondurulmuşdur (oraya göndərilən sənədlərin heç biri sonradan geri qayıtmır). Burada məsələ qətnamələr qəbul edilməsi dərəcəsinə çatmadığına baxmayaraq, erməni KİV-ləri və siyasətçiləri utanıb-qızarmadan bu ştatın DQR-in müstəqilliyini tanıması barədə həm öz xalqına, həm də xarici ölkələrin ictimaiyyətinə yalan satırlar.

Gülməli haldır ki, HR264 (http://www.legis.state.pa.us/cfdocs/billInfo/billInfo.cfm?sYear=2013&sInd=0&body=H&type=R&bn=264, http://legiscan.com/PA/bill/HR264/2013) və HR274 nömrəli qətnamələrin layihələrində (http://www.legis.state.pa.us/cfdocs/billInfo/billInfo.cfm?sYear=2013&sInd=0&body=H&type=R&bn=274, http://legiscan.com/PA/bill/HR274/2013), hətta bu qətnamələr qəbul edilmiş olsaydı belə, yalnız Dağlıq Qarabağın təyini müqəddəratı barədə söhbət gedirdi. Rəsmi Bakı Azərbaycan dövlətinin ərazi bütövlüyü çərçivəsində özünün Dağlıq Qarabağ regionunun iki icmadan ibarət əhalisinin bu hüququnu heç vaxt inkar etməmişdir: buyurun, nə qədər istəyirsiniz, öz müqəddəratınızı təyin edin, lakin bunu Azərbaycan Konstitusiyası çərçivısində edin. Razılaşın ki, bu, DQR-in müstəqilliyinin tanınması barədə xam xəyaldan tamam fərqli məsələdir. Lakin ermənilər hətta bu cür neytral ifadələr seçdikdə belə, hər iki halda layihələrin qəbul edilməsinə nail ola bilməmişlər, hərçənd, bu fakt onların Pensilvaniyada guya uğur qazanması barədə yalan danışmağa başlamasına və elə həmin ştatda Xocalı qırğını barədə qətnamə qəbul edilməsi haqqında utanmadan susmalarına mane ola bilməmişdir - bax: http://legiscan.com/PA/bill/HR171/2013.

Merilend ştatında erməni lobbisinin səylərinin aqibəti də belə olmuşdur. 4 nömrəli qətnamənin layihəsi elə düyünə düşmüşdür ki, oradan heç vaxt çıxmayacaq və səsvermə zalına düşməyəcəkdir (bax: http://mgaleg.maryland.gov/webmga/frmMain.aspx?id=sj0004&stab=01&pid=billpage&tab=subject3&ys=2013rs, http://legiscan.com/MD/bill/SJ4/2013).

Beləliklə, “dqr-in müstəqilliyi”nin Amerikanın 6 ştatı - Luiziana, Rod-Haylend, Massacusets, Merilend, Pensilvaniya və Men ştatları tərəfindən tanınması barədə məlumatlar yalandır. Sadaladığımız ştatların yalnız ilk ikisində tamdəyərli qətnamələr qəbul edilmişdir. Lakin həmin sənədlərdə də müstəqilliyi tanımaqdan yox, ABŞ-ın federal orqanlarını bu istiqamətdə müvafiq addımlar atmağa çağırmaqdan söhbət gedirdi. Ayrı-ayrı ştatlar səviyyəsində qanunvericilər çox gözəl başa düşürlər ki, kiminsə birtərəfli qaydada elan edilmiş və buna görə də qeyri-legitim olan müstəqilliyinin tanınması onların səlahiyyətlərinə aid olan məsələ deyildir. Buna görə də Luizianada Rod-Aylenddə qəbul edilmiş qətnamələrin mətni erməni təbliğatının şərh etdiyi kimi tanıma məsələsindən tamam fərqlidir.

Hər halda, Azərbaycan tərəfi də mürgüləmir və həmin iki ştatda bəzi cavab addımları hazırlayır. Hələlik isə bizim işimiz hayların təbliğat və təşviqatını ifşa etmək və onun yalançı mahiyyətini açıqlamaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb