Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilərin azərbaycanlılara qarşı yeni terror dalğası onların əsl simasını bir daha göstərdi

Ermənilərin azərbaycanlılara qarşı yeni terror dalğası onların əsl simasını bir daha göstərdi

Bakı, 27 iyul, AZƏRTAC 

Son yüz ilə kimi heç bir dövləti və dövlətçiliyi olmayan ermənilərin siyasi, sosial, mədəni-mənəvi həyatı və bütün planları bir mərkəzdən - Eçmiadzin tərəfindən müəyyənləşdirilib və bu köksüz milləti keşişlər və xarici hegemon qüvvələr idarə ediblər. Bu gün də bu idarəçilikdə Avropa və Amerikada, sabiq SSRİ məkanı və Yaxın Şərqdə mövcud olan erməni diaspor təşkilatçıları mühüm rol oynayırlar. Təbii ki, onlar da Eçmiadzin katolikosluğuna və bir sıra hallarda isə imperialist mərkəzlərə bağlıdırlar. Bu qüvvələrin dünya birliyinə bir çox təsir və təzyiq alətləri var. Burada məqsədyönlü istifadə olunan böyük maliyyə resurslarını, adamlarının dünyanın “təbliğat maşınında” (kütləvi informasiya vasitələrində, nəhəng məlumat agentliklərində, televiziya kanallarında və s.), beynəlxalq və regional təşkilatlarda, lobbi qurumlarında yerləşdirilməsini, qadınların vasitəsilə bir sıra ölkələrin hakimiyyət və təhlükəsizlik orqanlarında çalışan və ya irəliləyiş potensialı olan xadimlərin ailələrinə sirayət etmələrini, erməniləri yazıq görkəmdə görtərməyə və ictimai rəyi çaşdırmağa yönəldilmiş aksiyaları, milli satqınların cəlb edilməsi və s. göstərmək olar. Lakin bu toplumun əsl simasını aşkarlayan bir silahı da var ki, bu da terrorizmdir. Son 100-150 ildə bu silah daha çox işə salınıb və erməni varlığının ayrılmaz tərkib hissəsi olub. Terrorun hədəfləri olaraq əvvəlcə Qafqazın və yaxın regionların türkdilli və müsəlman əhalisi, sonra isə Türkiyə və Azərbaycan, bu qardaş dövlətlərin hakimiyyət orqanları, tanınmış nümayəndələri, diplomatları, ümumən xalqları seçilib. Məqsəd “böyük Ermənistan” çürük ideyasının bir yolla həyata keçirilməsinə çalışmaqdan ibarətdir. Ermənistan adlı bir qurumun (əslində, xarici qüvvələrin oyuncağı olan asılı əraziyə dövlət demək olmaz) yaradılması ilə erməni terroruna yeni çalar qatılıb ki, bu da dövlət terrorizmidir. Qərb ikili standartlara əsaslanan siyasət yürütməsəydi, Ermənistanı çoxdan beynəlxalq terroru dəstəkləməkdə ittiham etməli idi. Nə yazıq ki, Avropa və Amerikanın bir çox aparıcı dövlətləri ədalətin tərəfində deyillər, mövqe seçimində korporativ maraqlarını, erməni lobbi təşkilatlarının dəstəyini qazanmaq istəklərini, “din qardaşlığını” həqiqətdən üstün tuturlar. Qərbin mövqeyi erməni terrorizmini cəzasızlıq mühitinə alışdırır, onu qidalandırır, rövnəqləndirir və yeni aktlara həvəsləndirir. Təkcə Xocalı soyqırımına münasibət bu dediklərimizə əyani sübut ola bilər. Bu hadisəni erməniliyin vizit kartı adlandırmaq olar. Humanizmdən, millətlərarası, dinlərarası və mədəniyyətlərarası dialoqdan, insanpərvərlikdən dəm vuran Eçmiadzin kilsəsinin, eləcə də erməni ziyalı elitasının haylar tərəfindən həyata keçirilmiş qanlı aksiyalara, o cümlədən Xocalı qətliamına göstərdiyi “isti” münasibət bunu bir daha sübut edir. Erməni ziyalı və alim kütləsindən kimsə, azacıq da olsa, bu siyasətə qarşı çıxmağa cəsarət göstərirsə, katolikos onu erməni millətindən xaric elan edir. Yəni özünəməxsus təmizləmə gedir: erməni milləti içərisində yalnız terrora “hə” deyənlər qalmalıdır!

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova söyləyib. Akademik bildirib ki, Ermənistanın Tovuzdakı hərbi təxribatı zamanı rəşadətli ordumuzun düşməni dərhal geri oturtması, Azərbaycan rəhbərliyinin, Ali Baş Komandanın sərt mövqe nümayiş etdirməsi, düşmənə məntiqə və beynəlxalq hüquq normalarına uyğun cavabların verilməsi ermənilərin siyasi və hərbi elitasını, xarici lobbi təşkilatlarını pərən-pərən saldı. Son dövrlərə qədər zahiri soyuqqanlığını qorumağa, başqa millətlərə nifrət hissini büruzə verməməyə çalışan erməni toplumu bir anda özündən çıxdı, daha terrorist sifətini gizlədə bilmədi, öz hərəkətləri ilə vandal və terrorçu olduğunu bir daha təsdiqlədi. Ermənilər Amerikada, Avropada, Rusiyada azərbaycanlılara qarşı təxribatlar törətdilər, hətta Kiyevdə dinc azərbaycanlılara güllə də atdılar. Los-Ancelsdə, Brüsseldə, Moskvada və dünyanın digər böyük şəhərlərində baş verənləri Ermənistanın hərəkətverici qüvvələrinin Azərbaycanın milli vətənpərvərlərini yeni təxribatlara çəkmək, Qarabağ savaşını çox-çox uzaqlara daşımaq cəhdi kimi də qiymətləndirmək olar. Ermənilərin əsas istəklərindən biri də milli dəyərlərimizi, dövlət rəmzlərimizi, şəhidlərimizi təhqir etməklə soydaşlarımızı aqressivləşdirmək, Azərbaycan xalqını haqlı ikən haqsız duruma salmaqdan ibarətdir. Hər iki icmanın mövcud olduğu böyük şəhərlərdə pik həddə çatan qarşıdurma, küçə döyüşləri, icmalararası toqquşmalar İrəvandan idarə olunur. Ermənilər quldurcasına, qabaqcadan əlbir olaraq Azərbaycan əsilli insanlara, onların rəsmi icazələr əsasında təşkil etdikləri dinc aksiyalara, azərbaycanlılara məxsus obyektlərə hücumlar təşkil edirlər. Soydaşlarımız əksər hallarda yalnız müdafiə mövqeyində dayanırlar. Lakin onlar da hücum edən, təxribata yol verən ermənilərin qarşısını almaq üçün güc işlətməyə məcbur qalırlar. Təəssüf ki, qarşıdurmaların müşahidə edildiyi əksər Qərb dövlətlərində hüquq-mühafizə orqanları, yerli polis qüvvələri erməni vəhşiliyinin qarşısını almaq əvəzinə, seyrçi mövqe tutur, sanki azərbaycanlıları toqquşmalara təhrik edirlər.

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqa müraciətində də erməni mərkəzlərinin, diasporunun fəaliyyəti və məramları açıq göstərilir: “...bu diasporun bəzi nümayəndələri özlərini demokratiyanın beşiyi hesab edən Qərb ölkələrinin paytaxtlarında qanunsuzluq və hərc-mərclik törədirlər. Avropa siyasətinin mərkəzi sayılan Brüsseldə Azərbaycan Respublikası səfirliyinin daşa basılmasını, dinc nümayişçilərə xəsarət yetirilməsini başqa necə izah etmək olar?”

Bunlar erməni terrorizminin növbəti özünüifşasıdır və hazırda bütün dünya onların əsl simasını görür. Onların aqressiyasının bir səbəbi də tezliklə nəinki Qarabağı, həmçinin İrəvanı və erməni adına mövcud olan dövləti itirəcəkləri qorxusudur. Bu gün işğal olunmuş torpaqlarımızın azad olunması hər zamankından daha real görünür və düşmənlərimiz də bunun fərqindədirlər. Bu gün terrora qarşı dəyanət və şücaət göstərməklə yanaşı, düşmənin əsil məqsədlərinə yetişməməsi üçün soyuqqanlı və müdrik hərəkət etmək, hüquqi müstəvidən kənara çıxmamaq, milli birliyə və həmrəyliyə sadiq qalmaq vacibdir. Soydaşlarımızın və diplomatlarımızın həyatını, diplomat korpuslarımızı təhlükə altına atmamağa, onları və ailə üzvlərini təxribatlardan qorumağa çalışmalıyıq. Unutmamalıyıq ki, əsas cəbhə Qarabağ və Ermənistan ətrafındadır. Bu gün həm də informasiya müharibəsi içindəyik. Azərbaycanın Birinci vitse-prezidentinin müraciətində deyildiyi kimi: “Erməni təbliğat-təşviqat şəbəkəsi 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı aparır”. Erməni terrorunun dayandırılması bu təbliğat maşınının susdurulmasından çox dərəcədə asılıdır. Bu gün düşmən ön cəbhə xəttini xarici dövlətlərin iri şəhərlərinə daşımaq istəyir, biz isə mübarizəni mümkün olduğu qədər küçələrdən müxtəlif dilli internet məkanına, informasiya resursları və vasitələrinə, sosial şəbəkələrə, yazışmalara, məhkəmə zallarına və s. keçirməliyik. Təxribatların cavabını hüquqi və informativ müstəvidə verməliyik. Dayanmadan Azərbaycan həqiqətlərini yaymalı, hayların işğalçılıq, dövlət terroru siyasətini ifşa etməliyik, beynəlxalq vətəndaş və insan hüquqları təsisatlarına, erməni təxribatlarının baş verdiyi ölkələrin hökumətlərinə, hüquq-mühafizə orqanlarına qanun çərçivəsində haqlı təzyiqlərimizi gücləndirməliyik. Onları, ən əsası isə dünya ictimaiyyətini ermənilərin orta əsr təfəkkürlü vəhşilikləri qarşısında susqunluğun və məsələlərə ikili standartlarla yanaşmanın regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid olduğuna inandırmağa çalışmalıyıq. Gücümüz haqqın və ədalətin bizim tərəfimizdə olmasında, dövlətimizin daxili sabitliyində, qüdrətli orduya, sarsılmaz milli birliyə, müdrik və cəsarətli rəhbərə malik olmağımızdadır! Provakasiyalara uymadan yolumuza davam etsək, erməni terrorunu cilovlaya biləcəyik və haqqımız çatan qələbəni tezliklə əldə edəcəyik. Allah bu yolda yar və yardımçımız olsun!",- deyə akademik İradə Hüseynova bildirib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib