Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilərin törətdiyi Meşəli qırğını - faciə şahidləri danışır - VİDEO - REPORTAJ

Goranboy, 30 iyul, AZƏRTAC

1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində ermənilər tərəfindən törədilən qətliam bu gün də həmin kəndin sakinlərinin yaddaşından silinməyib. Dəhşətli faciənin acı xatirəsi ilə yaşayan sakinlər həmin soyuq qış günü baş verənləri unutmayıb. Meşəliyə ermənilərin hücumu zamanı kəndin 25 sakini şəhid olub, 14 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alaraq sağlamlığını itirib. Erməni cəlladların, xüsusən də Vaqif Xaçaturyanın dəstəsi Meşəlidə sakinlərə olmazın işgəncələr verib, insanlığa sığmayan qətliam və vəhşiliklər törədiblər. Bu hadisələr zamanı xəsarət alanlar, şəhid olanlar arasında uşaqlar, yeniyetmələr, yaşlılar üstünlük təşkil edib.

AZƏRTAC xəbər verir ki, Xocalı rayonun Meşəli kənd sakinləri artıq 14 ildir Goranboy rayonunun eyniadlı qəsəbəsində məskunlaşıblar. Meşəli qəsəbəsində hazırda 430 nəfər yaşayır.

Sakinlər deyir ki, Vaqif Xaçaturyan və onun ətrafındakı quldur dəstələrinin üzvləri həmişə azərbaycanlılara qarşı nifrət, qəddarlıq nümayiş etdiriblər. Birinci Qarabağ müharibəsi başlamazdan qabaq da sakinləri ölümlə hədələməkdən belə çəkinməyiblər. Onların məqsədi sakinləri hər vəchlə öz dədə-baba torpaqlarında didərgin salmaq olub. Separatçılar hətta onların kəndlərinə gedən bir neçə Meşəli sakinini girov götürüb, avtomobildə yandırmağa da cəhd ediblər.

Meşəlidə baş verən hadisələr zamanı kəndin müdafiəsində iştirak etmiş, keçmiş polis əməkdaşı, kənd sakini Ziyəddin Salmanov deyir ki, gözü önündə ermənilər əliyalın kənd sakinlərinə aman vermədən qətlə yetiriblər. “Mənim o vaxt polis iş yoldaşlarım Allahverdi və İsmayılı da vəhşicəsinə qətlə yetirmişdilər. Bu işlərin başında duranlardan biri də Vaqif Xaçaturyan idi. Qohumlarını başına yığıb silahlı dəstə yaratmışdı. Mən polis nəfəri kimi özünümüdafiə dəstəsində döyüşlərdə iştirak etmişəm. Yadımdadır ki, səs ucaldıcı mikrofonla Xaçaturyan Azərbaycan dilində “kəndi mühasirəyə almışıq, təslim olun” deyə qışqırdı. Qənimət dayı var idi onun başına təxminən avtomatın bir daraq gülləsini boşaltmışdılar. Bir dəfə Badara kəndində Xaçaturyan bizi “Niva” markalı avtomobilində yandırmaq istəyirdi...” - deyə Ziyəddin Salmanov bildirib.

Xocalı rayon Meşəli kəndində ermənilər təkcə Novruzovlar ailəsinin 5 üzvünü işgəncə verərək öldürüb. Novruz Novruzov, onun həyat yoldaşı Adilə Novruzova və bir oğul iki qız övladı bir gecədə məhv edilib. Ailənin böyük övladı Zəminə Əliyeva həmin dəhşətli hadisə zamanı qardaşının, digər ailə üzvlərinin başına gətirlənlərdən ürək ağrısı ilə danışır. “Ermənilər ailə üzvlərimi öldürəndən sonra meyitlərə işgəncə verərək, yandırmışdılar. Bacımın birini ürəyindən vursalar da, ayağında 78 güllə yeri var idi. Hamısına işgəncə vermişdilər. Evimizi, zəhmətlə qurduğumuz təsərrüfatımızı tamamilə yandırmışdlar. Mən də təsadüfən sağ qalmışam. Onların məqsədi hamını qətlə yetirmək idi”, - deyə Z.Əliyeva əlavə edib.

Erməni quldurlarından biri, beynəlxalq axtarışda olan Xaçaturyan Vaqif Çərkəzoviçin ötən gün saxlanması xəbəri Meşəli sakinlərini sevindirib. Onlar tezliklə digər əli qana batmış erməni qatillərinin də Azərbaycan qanunları qarşısında cavab verəcəyinə əminliklərini ifadə ediblər.

Qeyd edək ki, Baş Prokurorluqdan verilən məlumata görə qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.

İstintaqla müəyyən edilib ki, qeyd olunan tarixdə 1955-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürmüş, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salmışdır.

Bundan başqa, Xaçaturyan Vaqif Çerkəzoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub.

Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmiş, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 12 noyabr 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Vaqif Xaçaturyanın Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, zəruri tibbi yardımın göstərilməsi, həmçinin BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə şəraitin yaradılması təmin ediləcəkdir.

Hazırda cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Ermənilərin törətdiyi Meşəli qırğını - faciə şahidləri danışır -  VİDEO - REPORTAJ

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalanıb

Raffaele Palladino “Bolonya”nın yeni baş məşqçisi olub

Benzin və dizelin bahalaşması Böyük Britaniyada inflyasiyanı yüksəldib

SOCAR-la Corc Vaşinqton Universitetinin imzaladığı Niyyət Məktubunun icrası üzrə görülən işlər nəzərdən keçirilib

Sudanda qızıl mədəninin çökməsi nəticəsində azı 60 işçi ölüb

Nuriddin Xaliknazarov: Prezidenti İlham Əliyevin yüksək iradəsi və xalqın birliyi sayəsində böyük işlər həyata keçirilib

İngiltərənin kəndində hüquqi qüvvəsi olmayan səsvermə keçirilib, sakinlər Böyük Britaniyadan ayrılmaq istədiklərini bildiriblər

Yəhya Bakuvi Beynəlxalq Konfransı Ağdamda davam edib YENİLƏNİB

Tokayev: Orta Dəhlizi TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiya etmək mümkündür

Türkiyədə AKINCI-nın sınaqları davam edir

Yeni tədris ilində Türkiyə-Azərbaycan Universitetində 289 tələbə təhsil alacaq

® “İrşad”da yeni tədris ilinə özəl “Yaşıl Cümə” fürsətləri başlayıb VİDEO

® “İrşad”da yeni tədris ilinə özəl “Yaşıl Cümə” fürsətləri başlayıb VİDEO

ICPAI prezidenti: Auditorlar Palatası ilə İsrail İnstitutu arasındakı əməkdaşlıq gələcək illərdə də inkişaf edəcək

“Real Madrid”in kapitanı İspaniya çempionatında 250-ci matçına çıxıb

“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək

Samir Səlimli: 2016–2021-ci illərdə "Azərkimya"da icra edilən layihə məhsuldarlığı artırıb

Yurdagül Aydoğan: Təhsil Türkiyə-Azərbaycan əlaqələrinin ən strateji nöqtəsidir

Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir olub

IV Avropa Oyunları: Azərbaycan gimnastları lisenziya qazanmağa davam edirlər

Balazs Hendrich: TDT-yə üzv ölkələr arasında gömrük və tranzit prosedurlarının sadələşdirilməsi mühüm əhəmiyyət daşıyır

Həmid Şəhriyari: Seyid Yəhya Bakuvinin elm, din, mənəviyyat sahəsində çox böyük xidmətləri olub

Borçalının ziyalı qadını – Esmira Ələkbərlinin məktəb, dil və milli yaddaş uğrunda fəaliyyəti

“Naxçıvan” legioner basketbolçu ilə yeni müqavilə imzalayıb

BMU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif olunub

Hesablama Palatası: Auditorlar Palatasının 30 illik fəaliyyəti audit işinin formalaşmasında xüsusi əhəmiyyət daşıyıb

200 milyon kilovat-saat enerji, təbii qaza qənaət və daha az karbon – “Qobustan” GES-in göstəriciləri açıqlandı

ABŞ-nin sanksiyalarına məruz qalan İran aviaşirkətlərinin Gürcüstana uçuşları sentyabrın 21-dən dayandırılacaq

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

Deputat: Hər bir dövlət özünün müstəqil audit sistemini qurmalıdır

Şimali makedoniyalı mütəxəssis “Qəbələ”nin baş məşqçisi təyin olunub

"Azərikimya": Etilen-Polietilen zavodunda növbəti əsaslı təmir 2027-ci ilin ikinci rübündə planlaşdırılır

Britaniya Kanadanın təşəbbüsü ilə yaradılan qlobal müdafiə bankına qoşula bilər

İsa Həbibbəyli: Auditorlar Palatası bazar iqtisadiyyatına əsaslanan yeni cəmiyyət quruculuğunun tənzimlənməsinə mühüm töhfələr verib

® “Veysəloğlu” Acarıstanda: yeni tərəfdaşlıqlar və investisiya imkanları gündəmdə

Gürcüstan Parlamenti Dövlət Təhlükəsizlik Xidmətinə yeni rəhbərin təyinatını təsdiqləyib

Nazir müavini: Türkiyə-Azərbaycan Universiteti ölkəmizin gələcəyi üçün böyük əhəmiyyət daşıyır

“AzərEnerji” “TotalEnergies” ilə Azərbaycanda yeni tikiləcək Qaz Emalı Zavodunun elektrik şəbəkəsinə qoşulmasını müzakirə edib

Ramazan Erdağ: Rəqəmsallaşma Orta Dəhlizin səmərəliliyinin artırılmasında xüsusi rol oynayır

Fərid Şəfiyev: Orta Dəhliz hər hansı marşrutu əvəz etmir

Azərbaycanın yaratdığı yeni reallıq konkret nəticələrlə nümayiş olunur ŞƏRH

“Balaca səyyah” oktyabrda tamaşaçıların görüşünə gələcək

Göyçayda aqrar sektorun inkişafı ilə bağlı tədbirlər müzakirə olunub

Qubanın iki bələdiyyəsinin adı dəyişdirilir

ATMU-nun beynəlxalq ikili diplom proqramına yeni bakalavr qrupu seçilib

Fransada yanacaq bahalaşması narazılığı artırır

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sənətşünas: Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətində əvəzsiz məktəb formalaşdırıb

Bakıda Orta Dəhlizin regional inteqrasiyadakı rolu müzakirə olunur

“Bolonya” Domeniko Tedesko ilə vidalaşdığını açıqlayıb

Hakimlər Komitəsinin sədri: “Araz-Naxçıvan” – “Turan Tovuz” matçında penalti qərarı səhv olub

Sahibkarlara metroloji təminatın biznesin inkişafında rolu barədə məlumat verilib

“Azərikimya”nın builki istehsal gücünün 85 faizi ötəcəyi proqnozlaşdırılır

Əziz Səncər: Türk dünyası böyük insan potensialına və istedadlı gənclərə malikdir

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın dəmir yolu sisteminin inkişafı barədə məlumatlandırılıblar

Nicat İsmayılov: Dövlətimizin başçısı dini liderlərlə görüşdə Azərbaycanın gələcəyə dair strateji baxışını açıqladı

Budəfəki hərracda 13 avtomobil, 1 gəmi satılıb

® “AccessBank” QSC Cyberark PAM tenderi elan edir

İcraçı direktor: Türk dünyasının böyük potensialını hərəkətə keçirmək lazımdır VİDEO

İcraçı direktor: Türk dünyasının böyük potensialını hərəkətə keçirmək lazımdır VİDEO

Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs həbs olunub

Harvard Universitetinin müəllimi: Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq hüququnu dəstəkləyirik

Qafqaz İslam Ordusunun komandanı İstanbulda yad edilib

Baş katib: TDT çərçivəsində müxtəlif mexanizm və platformalar vasitəsilə əməkdaşlıq həyata keçirilir VİDEO

Baş katib: TDT çərçivəsində müxtəlif mexanizm və platformalar vasitəsilə əməkdaşlıq həyata keçirilir VİDEO

Sədr: Auditin süni intellekt texnologiyalarından istifadə etməklə keçirilməsi istiqamətində işlər aparılır

Azərbaycanın sülh və həmrəylik çağırışı - ŞƏRH

Rektor: Türkiyə-Azərbaycan Universiteti elm və texnologiya mərkəzinə çevriləcək

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

“Corriere dello Sport”un baş redaktoru: “Sabah”ın Avropadakı uğuru ölkədə idmana göstərilən diqqətin nəticəsidir –  EKSKLÜZİV VİDEO

“Corriere dello Sport”un baş redaktoru: “Sabah”ın Avropadakı uğuru ölkədə idmana göstərilən diqqətin nəticəsidir – EKSKLÜZİV VİDEO

Bu saata olan əsas xəbərlər

AK Parti sədrinin müavini: Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının qardaşlığını daha da inkişaf etdirəcəyik

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Hakan Fidan TÜRKPA-nın fəaliyyətinə dəstək ifadə edib

Kürşad Zorlu: Türk dövlətləri arasında iqtisadi inteqrasiya qlobal ticarət baxımından böyük əhəmiyyət daşıyır VİDEO

Kürşad Zorlu: Türk dövlətləri arasında iqtisadi inteqrasiya qlobal ticarət baxımından böyük əhəmiyyət daşıyır VİDEO

Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Nuriddin Xoliknazar: Özbəkistan və Azərbaycan xalqları əbədi dostdur

Taksi sürücüləri sabah imtahan verəcəklər

Ermənistanda hələ də xəstə və revanşist təfəkkürlə yaşayanlar var – RƏY

Elm və təhsil nazirinin Yardımlıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Azərbaycanın stolüstü tennisçiləri Belçikanın açıq çempionatında mübarizə aparacaqlar

Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına

Bilal Dündar: Azərbaycan Türk dünyası ilə Qafqaz arasında mühüm geosiyasi körpüdür

Emin Hüseynov: Dağıdılmış məscidin bərpası həm də tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır

46-cı Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmalarının rəqibləri və heyəti açıqlanıb

Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans işə başlayıb

“OpenAI”, “Anthropic” və “Google” süni intellekt risklərinə nəzarət üçün yeni qurum yaradır

Bu ilin səkkiz ayında 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

"Sənət inciləri" layihəsi yenidən Üzeyir Hacıbəyli festivalı çərçivəsində təqdim olunacaq

TESAM rəhbəri: Azərbaycanın dünya ticarətindəki əhəmiyyəti qat-qat artır VİDEO

TESAM rəhbəri: Azərbaycanın dünya ticarətindəki əhəmiyyəti qat-qat artır VİDEO

QMİ sədri: İşğal dövründə Qarabağda yerləşən 67-dən çox məscid, məbəd dağıdılıb

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət alıb

Kamerasız ağıllı eynək təqdim ediləcək

AK Parti sədrinin müavini: Orta Dəhliz üzrə daşınan yüklərin həcmi qarşıdakı dövrdə üç dəfəyə qədər arta bilər

Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri yeni reallığın beynəlxalq ictimaiyyətə birbaşa nümayişidir - ŞƏRH

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Azərbaycan Dillər Universitetində “ADU Radio” fəaliyyətə başlayıb

YAP Səbail rayon təşkilatının XII konfransı keçirilib

Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə Fəxri xiyaban ziyarət olunub

“Mən gedirəm, şair, yaşa…”: Üzeyir Hacıbəyli və Səməd Vurğun dostluğu haqqında xatirələr

Qəzzada binanın çökməsi nəticəsində 8 nəfər ölüb