Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənipərəstlər: növbəti fitnəkarlıq

Bakı, 20 yanvar, AZƏRTAC

Ermənistan həmişə Azərbaycan haqqında yalan informasiyalar yayır. İrəvanın bu cəhdləri bir nəticə verməsə də, proses davam edir. Son vaxtlar ermənipərəst KİV-lərdə dini, etnik və geosiyasi faktorlardan süni arqument kimi istifadə etməklə antiazərbaycan ruhunda fikirlər irəli sürülür. Bunların arxasında Cənubi Qafqazda Azərbaycanın təhlükə mənbəyi olduğu iddiası gizlənir. Bakını İsraillə yaxın göstərib İran və Türkiyəyə qarşı qoymaq niyyətlərinin olduğu hiss edilir. Eyni zamanda, dini və etnik mənsubluq amilindən əsassız olaraq istifadə etməklə Azərbaycan üçün müəyyən çətinliklər yaratmağa cəhd edilir. Bütün bunların arxasında düşmən qüvvələrin çirkin məqsədlərinin dayandığı məlumdur. Onların Azərbaycanı müstəqil siyasətindən döndərə bilməyəcəklərinə qətiyyən şübhə yoxdur.

Uğursuz siyasət: İrəvan nümunəsi

Ermənistan geosiyasi dalandan çıxış yolu tapa bilmir. Ölkə rəhbərliyinin yeritdiyi xarici siyasət kursu çoxlu sayda problemlər meydana gətirib ki, qlobal miqyasda cərəyan edən mürəkkəb proseslər İrəvan üçün vəziyyəti daha da ağırlaşdırır. Erməni KİV-ləri bu barədə məlumatlar yayır. İndi rəsmi İrəvan demək olar ki, bütün böyük dövlətləri ona lazımi dəstək vermədiklərinə görə ittiham edir. Bir tərəfdən onların hər biri ilə yaxşı münasibət qurmaqda maraqlı olduğunu ifadə edir, digər tərəfdən isə tənqid atəşinə tutur. Bunun fonunda son dövrlərdə ermənilərin geosiyasi aspektdə öz qonşusu Azərbaycanla bağlı əsassız fikirlər də irəli sürdüyü müşahidə edilir.

Onlar bir neçə istiqamətdə Azərbaycanı ziddiyyətli məqamlarla əlaqələndirməyə çalışırlar. Burada dini və etnik faktordan da istifadə etməyə cəhdlər göstərilir. Hiss olunur ki, düşmən bir sıra radikal dini cərəyanları Azərbaycana qarşı yönəltmək niyyətindədir. Bunun üçün ortaya belə bir ideya atılıb ki, guya “İsrail Azərbaycanı böyük müharibəyə hazırlayır” (bax: Саркис Цатурян. Израиль готовит Азербайджан к Большой войне / "Regnum", 9 yanvar 2015).

Özü də bu zaman Bakı Ankara və Tehrana qarşı qoyulur. Guya Azərbaycan Cənubi Qafqazda İranın nüfuzunun yüksəlməsinə imkan verməməlidir və eyni zamanda, Türkiyədəki kürdlərə dəstək verməklə burada separatizmi alovlandırmalıdır. Təbii ki, bu cəfəng fikirləri sağlam düşüncə qəbul etmir. Lakin məsələnin geosiyasi və ideoloji tərəfi müəyyən suallar yaradır.

Azərbaycan reallıqda bütün region dövlətləri ilə (məlum səbəblərdən Ermənistan istisnadır) münasibətlərini inkişaf etdirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursu buna tam nail olmağa imkan verir. O cümlədən İranla əlaqələr daim irəliləyir. Bunu son illərdə hər iki ölkə rəhbərlərinin görüşlərində müzakirə olunan məsələlər və imzalanan sazişlər sübut edir. 2014-cü ildə isə münasibətlərin səviyyəsi daha da yüksəlib. Azərbaycan Prezidenti dəfələrlə bununla bağlı konkret mövqeyini bildirib. İranın dövlət başçısı da Bakı ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

Belə olan halda ermənipərəst qüvvələrin İran-Azərbaycan münasibətlərinə kölgə salmaqda məqsədləri nədən ibarət ola bilər? Onlar nəyə görə məhz İsrail faktorundan istifadə edərək ortaya şübhə toxumu səpməyə çalışırlar? Məsələ də elə burasındadır ki, hətta mürəkkəb geosiyasi vəziyyətdə belə rəsmi Bakı müxtəlif qüvvələr arasında balansı saxlaya bilir, bütün dövlətlərlə bərabərhüquqlu tərəfdaşlığa nail olur. Bəzi qüvvələr bu uğura kölgə salaraq Azərbaycanın regional təhlükə mənbəyi obrazını yaratmaq məqsədini güdür.

İndi İsraili Azərbaycana hərbi yardımlar edib, region ölkələrinə qarşı hərəkət etməyə məcbur edən dövlət kimi təqdim edərək, rəsmi Bakının guya müstəqil xarici siyasət yeritmədiyinə işarə olunur. Eyni zamanda, hesab edilir ki, yəhudilərlə Azərbaycanın əməkdaşlığı bir sıra radikal dini qrupların diqqətini buraya yönəldə bilər. Təsadüfi deyil ki, ermənipərəst qüvvələr tez-tez Amerikadakı yəhudi lobbisinin müxtəlif məsələlərdə Bakıya dəstək verdiyini vurğulayırlar.

Əsassız ittihamlar: dini, etnik faktorlar və geosiyasət

Buradan iki nəticə çıxarmaq olar. Birincisi, guya kənar bir dövlətin təhriki ilə silahlanaraq Azərbaycan Cənubi Qafqazda sabitliyə təhlükə yaradır. Tamamilə ağ yalan olan bu fikrə, şübhəsiz, inanan yoxdur. Ancaq bütün bunlar ermənipərəst dairələrin şər-böhtan atmaqda heç bir sərhəd tanımadıqlarını göstərir. Ermənistanın xaricdən güzəştli şərtlərlə tez-tez külli miqdarda müasir silahlar aldığından danışmırlar. İrəvanın imkanları Azərbaycandan xeyli az olsa da, təcavüzkarlığından əl çəkmir və müxtəlif yollarla silahlanmanı davam etdirir. Bunun qarşılığında Azərbaycan nə etməlidir? Təbii ki, özünümüdafiə tədbirləri görməlidir. O cümlədən onun İsraildən də silah almaq hüququ var.

İkincisi, azərbaycanlılarla yəhudilərin yaxşı münasibətlərini xüsusi kontekstdə təqdim etməklə olduqca mənfur bir niyyət ortaya qoyulur. Bununla müsəlmanlarda antiazərbaycan ovqatı yaratmağa cəhd edilir. Özü də bu, Fransada baş verən məlum terror hadisələri fonunda təqdim edilir. Bu kimi cəhdlər radikal və fanatik dini qrupları Azərbaycana qarşı istiqamətləndirmək məqsədi daşıya bilər.

Ancaq bu əsassız ittihamın da real nəticəsi ola bilməz. Çünki Azərbaycan təcrübədə sübut edib ki, regionda əsl tolerantlıq məkanıdır. Burada müxtəlif dinə etiqad edən adamlar əsrlərdir ki, mehriban qonşuluq şəraitində yaşayırlar. Hazırda Azərbaycan regionun yeganə ölkəsidir ki, dövlət səviyyəsində multikulturalizmin inkişafına çox ciddi dəstək verir. Təsadüfi deyil ki, Bakıda dinlər və mədəniyyətlərarası əlaqələrə həsr edilmiş böyük beynəlxalq tədbirlər keçirilib. Bunları necə etiraf etməmək olar?

Ermənipərəst qüvvələrin Azərbaycanda dini əsasda qarşıdurma yaratmaq cəhdləri, əslində, yeni deyil. Onlar uzun müddətdir ki, buna çalışırlar. Hətta Dağlıq Qarabağ münaqişəsinə də dini don geyindirməyə cəhd edilir. Bunların heç biri baş tutmadı. Bütün dünya gördü ki, təcavüzkar Ermənistan Azərbaycan torpaqlarını işğal edib. İndi o, həmin ərazilərdən qeyd-şərtsiz çıxmalıdır. Bunu etmək əvəzinə isə yenə yalan informasiyalar yaymaqla məşğuldur.

Məlum olduğu kimi, Yaxın Şərqdə radikal dini qruplar terror dalğasını gücləndiriblər. Dünyada demək olar ki, elə bir ölkə yoxdur ki, terrordan sığortalanmış olsun. Fransada baş verənlərə bu aspektdə yanaşdıqda, Avropanın müəyyən təhlükələrlə üzləşdiyini demək olar. Bunun fonunda isə Azərbaycanı öz müsəlman qardaşları ilə qarşı-qarşıya qoymaq cəhdləri yolverilməzdir. Maraqlıdır ki, əks tərəf Azərbaycanda həm də xristianların hüquqlarının pozulduğundan dəm vurur. Belə çıxır ki, onlar sistemsiz və məntiqsiz ittihamlar irəli sürməkdən çəkinmirlər.

Antiazərbaycan kampaniyası bununla məhdudlaşmır. Ermənipərəst dairələr geosiyasi əməkdaşlıq səviyyəsində də ölkə ilə bağlı yalan informasiyalar yayırlar. İndi onlar regionda Rusiya-İran-Türkiyə əməkdaşlığının formalaşdığından yazırlar (bax: məs., Станислав Тарасов. Россия, Турция и Иран на пути к новому балансу сил / "Regnum", 8 yanvar 2015). Bu dövlətlər hansı mənada qüvvələrin yeni balansını axtarırlar?

Məsələnin mahiyyəti də elə bundadır. Sən demə, burada həm Azərbaycana mənfi rol ayrılır, həm də Amerikanın təsirinə az diqqət yetirilir. Bizim ABŞ-la bağlı vəziyyətə toxunmaq fikrimiz yoxdur. Ancaq Azərbaycanı yəhudi dövlətinə kürdlər vasitəsilə neft satmaqda ittiham etmək olduqca cəfəng bir iddiadır. Əvvəla, Azərbaycan bütün xalqlara dərin hörmət bəsləyir. Bu ölkədə yaşayan kürdlər də layiqli vətəndaşdırlar və dövlətçiliyə sadiqdirlər. Bakı-Tbilisi-Ceyhan neft kəmərini hansısa etnik faktorla bağlamaq ən azından böyük naşılıqdır. Bu layihə geniş geosiyasi məkanda təsiri olan və yalnız dövlətlər səviyyəsində işləyə bilən ciddi hadisədir. Ondan öz dövləti çərçivəsində hər bir xalq faydalana bilər. Azərbaycanın ayrıca İsrailə külli miqdarda neft satması isə qeyri-ciddi iddiadır, çünki ölkənin enerji ixracatı tam şəffafdır və burada qaranlıq heç nə yoxdur.

Bütün bunlar onu göstərir ki, regionda yeni qüvvələr balansının yarandığını söyləməklə, əslində, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülür.

İkincisi, Cənubi Qafqazda Rusiya-İran-Türkiyə əməkdaşlığının inkişaf etməsi, ilk növbədə, Azərbaycan üçün sərfəlidir. Çünki Bakı daim regional əməkdaşlığı gücləndirən siyasətin tərəfdarı olub. Bu kontekstdə onun Türkiyə ilə arasını kürd məsələsinə görə vurmağa çalışanlar boş yerə vaxt sərf edirlər. Görünür, onlar Ankara-Bakı xəttinin Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın əsasını təşkil etdiyini dərk edirlər.

Beləliklə, Azərbaycanın xarici siyasətdə əldə etdiyi nailiyyətlər və regionda geosiyasi nüfuzunun artması ermənipərəst dairələri narahat edir. Onlar özlərinin düşdükləri ağır vəziyyətdə Azərbaycanı da görmək istəyirlər. Lakin bu, mümkün deyil, çünki rəsmi Bakı müstəqil siyasətindən heç zaman geri çəkilməyəcəkdir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır