Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan, nəhayət Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı – skeptiklərə cavab

Bakı, 8 oktyabr, AZƏRTAC

“Avropa siyasi birliyinin” Praqada keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin bir sıra görüşləri oldu. İlk dəfə olaraq danışıqlar dördtərəfli formatda keçirildi, görüşdə Avropa İttifaqı Şurasının Prezidenti ilə yanaşı, Fransa Prezidenti Emmanuel Makron da iştirak edirdi. Bir neçə saat davam edən və bəzi məlumatlara görə gərgin fikir mübadilələrindən sonra bəyanat elan edildi. Bəyanatda deyilir ki, “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır”.

Bəyanat dərc olunan kimi, Ermənistan tərəfindən bununla bağlı skeptik fikirlər eşidildi. Özü də bu səslər təkcə erməni düşərgəsindən deyil, qəribə də olsa, Azərbaycan düşərgəsindən də səsləndi. Məsələn, Ermənistanda yenə həmin köhnə havanı çaldılar ki, ərazi bütövlüyünün tanınması “Qarabağa aid deyil”, guya Alma-Ata Bəyannaməsinin qəbul edilməsinə, Azərbaycanın sonradan MDB-yə və BMT üzvlüyünə daxil olmasına az qalmış Qarabağ Azərbaycanın tərkibindən “qanuni şəkildə çıxmağa macal tapıb”. Ermənilərin interpretasiyalı hoqqabazlığına öyrəşmişik, lakin bəzi azərbaycanlı analitiklərin tənqidi bizi çaşdırdı. Onlardan biri sosial şəbəkələrdə üç cümlədən ibarət növbəti şərhi yazıb (orfoqrafiya və punktuasiya orijinala uyğun saxlanılıb):

“Praqada qəbul olunan sənəd hüquqi baxımdan əsassızdır, çünki tərkibində DQMV-nin olduğu Ermənistan Respublikası 1989-cu dekabrın 1-də Ermənistan SSR Ali Sovetinin və DQMV əyalət sovetinin ildə birgə iclasında elan edilib. Buna görə də BMT üzvlüyə qəbul olunanda və 1991-ci ildə Alma-Ata Bəyannaməsi qəbul ediləndə həm Ermənistan, həm Azərbaycan bir-birinin ərazi bütövlüyü anlamı altında nəzərdə tutulan baxımdan müxtəlif mövqelərdə idi. Görünür, bu Praqa Bəyanatını qəbul edən ölkələrin nümayəndələri arasında bir dənə də hüquqşünas olmayıb”.

Bu paylaşımın müəllifinin mühüm hüquqi faktlara əhəmiyyət verməməsi həqiqətən çox təəccüblüdür. Birincisi, Praqada heç bir sənəd nə qəbul edilib, nə də imzalanıb. Avropa İttifaqı Şurasının saytında yerləşdirilən bəyanat danışıqların iştirakçılarından birinin, əsasən Şarl Mişelin danışıqların yekunlarına baxışını əks etdirir. Lakin bu, necə deyərlər, səthi qeydlərdir.

İkincisi, ekspertlərə məlum olmalıdır ki, Ermənistan SSR Ali Sovetinin və Azərbaycan SSR DQMV-nin Vilayət Sovetinin qəbul etdiyi və demək olar, yuxarı qanunverici orqanlar tərəfindən dərhal ləğv edilən konstitusiyaya zidd qərarlar heç bir hüquqi qüvvəyə malik deyildi. Onların “təsdiq edilməsi” və erməni tərəfinin onlar qarşısında az qala “dini” sitayişi nə Azərbaycanın, nə də dünya birliyinin üzərinə heç bir öhdəlik qoymayan, beynəlxalq hüququn özünə isə heç bir düzəliş etməyən şəxsi üstünlük verdiyi qərarlardır. Növbəti üç normativ aktın müəllifə yaxşı tanış olmasına bizim şübhəmiz yoxdur.

SSRİ Ali Sovetinin Rəyasət Heyəti “SSRİ Konstitusiyasının Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi Dağlıq Qarabağ haqqında aktlara uyğunsuzluğu haqqında” 10 yanvar 1990-cı il tarixli 1050-I nömrəli Qərarı ilə yuxarıda göstərilən qərarları ləğv edib (bax: https://dokipedia.ru/document/5296530).

Daha sonra 1991-ci il noyabrın 27-də, yəni İttifaq dövlətinin mövcudluğuna xitam verilməsinə bir ay qalmış SSRİ Ali Sovetini əvəzləyən SSRİ Dövlət Şurası “SSRİ Konstitusiyasında təsbit olunmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüquqi statusunu dəyişdirən bütün aktları” konstitusiyaya zidd hesab edən və “DQMV ərazisində konstitusiya quruluşunun bərpa edilməsini” qət edən “DQMV-də və Azərbaycan Respublikasının və Ermənistan Respublikasının sərhədyanı rayonlarında vəziyyətin sabitləşdirilməsinə dair tədbirlər haqqında” qərar qəbul edib.

Nəhayət ertəsi gün, noyabrın 28-də SSRİ Konstitusiya Nəzarəti Komitəsi “Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında” 1989-cu il 1 dekabr tarixli qərarı, habelə DQMV ərazisində Ermənistan SSR Ali Sovetinə seçkilər üzrə seçki dairələrinin yaradılması barədə Ermənistan SSR MSK-nın qərarını SSRİ Konstitusiyasının və SSRİ qanunlarının müddəalarından kənara çıxdığını yenidən elan edərək, beləliklə, DQMV-ni əvvəlki konstitusiya yerinə - Azərbaycan SSR-in tərkibinə qaytarıb. Bu, ali ittifaq orqanının Dağlıq Qarabağa dair ən son qərarı olub və SSRİ-nin süqutundan sonra region beynəlxalq hüququn fəaliyyət məkanına daxil olub.

Dekabrın 10-da Azərbaycan SSR-in DQMV ərazisində birtərəfli qaydada keçirilən qondarma “referendum” antikonstitusion idi, heç bir hüquqi akta əsaslanmırdı və həm ittifaq, həm də respublika konstitusiyalarına zidd idi. Bu gün Ermənistanda çox vaxt istinad olunan, "Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə bağlı məsələlərin həlli qaydası haqqında" 1990-cı il aprelin 3-də qəbul edilmiş SSRİ qanunu o vaxt artıq qüvvədə deyildi, çünki onun aktuallığı və hüquqi qüvvəsi sentyabrın 6-7-də SSRİ xalq deputatlarının növbədənkənar qurultayında "SSRİ Prezidentinin və müttəfiq respublikaların ali rəhbərlərinin birgə bəyanatından və SSRİ Ali Sovetinin növbədənkənar sessiyasının qərarlarından irəli gələn tədbirlər haqqında" yeni qərarın qəbul edilməsi ilə itmişdi. Beləliklə, dekabrın 10-dan etibarən Qarabağ "yığıncağı" heç bir hüquqi əsası olmayan “boş güllə”yə çevrildi.

Həmin il dekabrın 21-də Alma-Ata Bəyannaməsini imzalamaqla və onu imzalayan digər dövlətlərin ərazi bütövlüyünü tanıdığını bəyan etməklə, Ermənistan ağlında istənilən fikri nəzərdə tuta bilərdi. Onun şəxsi “İstəkləri” və şərhləri heç kimi narahat etmirdi. Beləliklə, Azərbaycan SSRİ-ni tərk edərək uti possidetis juris beynəlxalq prinsipi əsasında özünün Dağlıq Qarabağ regionu ilə BİRLİKDƏ beynəlxalq birliyə daxil olurdu.

SSRİ dağıldıqdan sonra, artıq qeyd etdiyimiz kimi, ittifaq qanunları qüvvəsini itirirdi və beynəlxalq hüquq qüvvəyə minirdi. 1992-ci ildə Ermənistan və Azərbaycan, hər biri öz ərazisi ilə BMT-yə daxil oldular. Azərbaycan üzv olarkən müraciətində ərazisinin 86 692 kvadratkilometr olduğunu göstərib və məhz bu ərazi ilə BMT-yə qəbul edilib. Biz Ermənistanın üzv olarkən hansı ərazini göstərdiyini bilmirik və vacib də deyil, - birincisi, bunu asanlıqla tapmaq olar, ikincisi, vacib odur ki, təşkilatın özü bu iki dövləti öz sıralarına hansı formada qəbul edib.

İndi isə kulminasiya nöqtəsi: 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə “the Nagorno-Karabakh region of the Republic of Azerbaijan” (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu) ifadəsi yer alıb, daha sonra 2008-ci il martın 14-də BMT-nin Baş Assambleyası A/RES/62/243 qətnaməsini qəbul edir. Bu qətnamənin mətnində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəstəklənməsi ilə yanaşı, “the Nagorno-Karabakh region of the Republic of Azerbaijan” və “within the Republic of Azerbaijan” ifadəsi (preambulada və 4-cü bənddə) işlədilir.

Bu, o deməkdir ki, BMT həmin vaxt mövcud olan “Dağlıq Qarabağı” 1992-ci ildə bu regionla bərabər öz sıralarına qəbul etdiyi Azərbaycan Respublikasının bir hissəsi kimi nəzərdən keçirir, yəni elan edilən 86 692 kvadratkilometr ərazi ilə!

Nikol Paşinyan Praqada 1991-ci il Alma-Ata Bəyannaməsi, eləcə də BMT-nin Nizamnaməsi çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün tanınmasını bəyan etdi. Həmin o BMT-nin ki, Dağlıq Qarabağ regionunu Azərbaycan Respublikasının bir hissəsi hesab edir və bu təşkilat Azərbaycanın ərazi bütövlüyünü öz qətnamələrində dəfələrlə təsdiqləyib. İndi Avropa İttifaqının bəyanatına əsasən, bu prinsiplərə dünən Ermənistanın baş naziri Nikol Paşinyan da qoşuldu.

Prezidentin komandasında hüquqşünaslar da var, təcrübəli müşavirlər də. Elə Avropa İttifaqı Şurasının Prezidenti və Fransa Prezidenti ilə bir masa arxasında oturan Azərbaycan dövlətinin başçısının özü də, heç şübhəsiz, söhbətin hansı dildə getdiyini və tərəfdaşların hansı instrumentarilərdən və konseptual aparatdan istifadə etdiklərini bilir. Buna görə də azərbaycanlı skeptikin yuxarıda sitat gətirdiyimiz paylaşımı bizdə təəccüb və hətta təlaş yaradır. Bu nədir, arqumentlərini müntəzəm nokauta saldığımız erməni tərəfinə pas ötürmədir? Yoxsa Prezident komandasının çətin tərəf-müqabilləri ilə olduqca mürəkkəb işində tənqid edilməsidir? Hər bir halda, nəyə görə? Fikirləşirik ki, yaxşı olardı, bizim tərəfimizdən dəfələrlə ifşa edilən erməni arqumentlərini təkrarlamaqdansa, bunun əvəzinə ekspert özünün çoxsaylı tribunasından onların sübutsuzluğunu vurğulamaq üçün istifadə edərdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb