Ermənistan ordusunun daha iki əsgəri “dedovşina"nın qurbanı olub
Bakı, 22 aprel, AZƏRTAC
Ermənistan ordusunda mövcud olan neqativ hallar, qanunsuzluqlar səbəbindən bu il hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlər zəminində baş verən cinayətlərin sayının artması əsgər valideynləri arasında ciddi narazılıqlara səbəb olub.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, yayılan məlumatlarda eyni gündə Ermənistan ordusunun daha iki əsgərinin “dedovşina"nın qurbanı olduğu bildirilib. Ermənistan Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə xidmətə yenicə başlayan gənc əsgərlər Samvel Saakyan və Aleksey Qabrielyanın daha çox xidmət edən hərbi qulluqçular tərəfindən dəfələrlə döyüldükləri faktı ortaya çıxıb. A.Qabrielyan daha amansızlıqla döyülərək ağır bədən xəsarətləri aldığı üçün tibb məntəqəsinə müraciət etməyə məcbur qaldıqdan sonra hərbi hissə komandiri hərbi polisə məlumat verib.
Lakin yenidən fiziki və mənəvi işgəncələrə məruz qalacaqlarından qorxan S.Saakyan və A.Qabrielyan kimlər tərəfindən döyüldüklərini deməkdən və şikayət etməkdən boyun qaçırıblar.
Faktla bağlı rəsmi məlumat verilməsə də, hərbi polis tərəfindən araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]