Azərbaycan Dövlət İnformasiya Agentliyi

“ERMƏNİSTAN PARLAMENTİNDƏ ANTİTÜRK MİTİNQİ”, YAXUD “SOYQIRIMI”NIN TANINMASI ERMƏNİLƏRİN NƏYİNƏ GƏRƏKDİR?

Ermənistanda 2007-ci ilin sonlarında keçirilən və Ermənistan-Türkiyə münasibətlərinin inkişafına həsr olunmuş parlament dinləmələri antitürk mitinqinə çevrildı. Hər halda, Yerevanda çıxan “Aravot” qəzeti bu tragikomik hadisəni belə səciyyələndirmişdir.

Ən yaxın qonşunun ünvanına deyilən sözlərə gəldikdə isə, burada yeni heç nə yoxdur: öz “intellekt səviyyələrini və tarix sahəsində biliklərini” nümayiş etdirən bəzi deputatlar tribunaya sanki vətənpərvərlik yarışına qoşularaq, kimin türklərə daha çox nifrət etdiyini, kimin onlardan daha böyük ərazi qoparmaq istədiyini, kimin onları daha kəskin pisləyəcəyini və təbii ki, kimin erməni türkpərəstlərini daha möhkəm daşqalağa tutacağını göstərməyə çalışırdılar.

Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan müstəqil ekspert kimi “Erməni soyqırımı zamanı erməni xalqının maddi itkiləri” mövzusunda məruzə ilə çıxış emişdir. Bütün “itkilər” nəzərə alınmaqla, Türkiyədən tələb olunmalı kompensasiyanın məbləği ilə bağlı salonda əyləşənlərin iştirakı ilə keçirilən uzun-uzadı müzakirələrdən sonra, axır ki, “hesablandı” - 14.514.230.940 ABŞ dolları. Guya kimsə “soyqırımı”nı tanımağa hazırlaşır və yalnız kompensasiyanın məbləğini müəyyən etmək qalır. Saç-saqqalı ağarmış deputatların başı hesablamalara o qədər qarışmışdı ki, “daşnakların özlərindən daha çox daşnaklara bənzəyirdilər”.

“Daşnaksütyun” EİF-nin “Ay Data” və siyasi məsələlər üzrə mərkəzi ofisinin direktoru Kiro Manoyan isə o qədər vəcdə gəlmişdi ki, indiki Ermənistan-Türkiyə sərhədinə yenidən baxılmasının zəruriliyini iddia edirdi. Sərhədin isə kimin xeyrinə dəyişdirilməsini də başa düşmək çətin deyildir. Təbii ki, bu cür dinləmələr erməni deputatların Ermənistan-Türkiyə münasibətlərinin keçmişi, bu günü və gələcəyi barədə təsəvvürlərinin dərinləşməsinə kömək etməmişdir, çünki çıxışlarda konkret təkliflər və təfsilatlar yox idi. Baxmayaraq ki, ikigünlük müzakirələr məhz bunun üçün təşkil olunmuşdu.

Ermənistan parlamentinin “İrs” müxalifət fraksiyasından olan deputatı Larisa Alaverdiyan hesab edir ki, Ermənistan Türkiyə ilə münasibətlərin qurulması prosesinin təşəbbüskarı kimi çıxış edib ildə azı iki-üç təklif irəli sürməlidir. Onun fikrincə, bu, Ermənistanı Türkiyə üçün cəlbedici edərdi. O, hətta mümkün gələcək əməkdaşlığın bir sıra istiqamətlərini də göstərmişdir, məsələn “iqtisadi problemlər, vəzifəli şəxslərin səlahiyyətlərini aşmasının qarşısının alınması və bununla mübarizə sahəsində təcrübə mübadiləsi (Türkiyə bu sahədə xeyli irəli getmişdir)”.

Buna baxmayaraq, deputatın fikrincə, dialoq hələ heç də qonşu ölkəyə qarşı iddialardan, o cümlədən “erməni soyqırımı” iddialarından əl çəkmək demək deyildir. Beləliklə, onlar guya bir addım irəli gedərək, əslində, iki addım geri qayıdırlar ki, bu da ümumən erməni siyasəti üçün çox təbiidir.

İstefada olan türk diplomatı, Ermənistan-Türkiyə barışığı komissiyasının üzvü Özdem Sanberk hesab edir ki, Ermənistan-Türkiyə münasibətlərinin nizama salınması yolunda bir neçə maneə var, “onların hamısı əhəmiyyətli olsa da, heç biri həllolunmaz deyildir”. Əvvəla, Ermənistan-Azərbaycan münaqişəsi, bu məsələdə qardaş Türkiyə tamamilə Azərbaycanın tərəfindədir və münaqişənin həllinə yönəldilmiş bütün səyləri alqışlayır. İkincisi, ərazi iddiaları, tarixi ekskurslar və köhnə düşüncə ilə əlaqədar bir sıra məsələlər var. Üçüncüsü, psixoloji ovqat problemidir. Özdem Sanberkin fikrincə, Ermənistan-Türkiyə münasibətlərində psixoloji düşmənçilik 1975-ci ildə Türkiyəyə qarşı başlanmış kampaniya nəticəsində yaranan yeni təzahürdür. O demişdir: “Mənim gənclik illərimdə ermənilər türklərin bütün tədbirlərində iştirak edirdilər. Türk diplomatlarının və vəzifəli şəxslərin qətlə yetirilməsi, bizə qarşı genişmiqyaslı təbliğat bütün bunlara, hər halda, kütləvi səviyyədə son qoydu”.

Türk diplomatının fikrincə, diplomatik münasibətlər, heç olmazsa, ən mühüm məsələlərə aydın şəkildə anlaşıqlı və konsensuslu münasibətə əsaslanmalıdır. Lakin Türkiyə daim siyasi hücumlara məruz qalır və nəticədə türkləri müdafiə etməyə cəhd göstərən hər kəsin ağzından vurulur. 2005-ci ildə Türkiyənin Baş naziri iki ölkə arasında mövcud olan fikir ayrılığını birdəfəlik aradan qaldırmaq üçün tarixçi alımlərdən ibarət birgə komissiya yaratmaq təklifi ilə R.Koçaryana müraciət etmişdi. Ermənistan bu təklifə hay vermədi. Nə üçün? Cavabı tarixi faktlarda, o cümlədən erməni mənbələrində axtarmaq lazımdır.

Bu yaxınlarda ABŞ-da Amerika yazıçısı Samuel Viimsin “Ermənistan: terrorçu ”xristian” dövlətinin sirləri” kitabı çapdan çıxmışdır. Uzun illərin zəhmətinin, Londonda, Parisdə, Romada, Moskvada, İstanbulda və Vaşinqtonda aparılan tədqiqatların nəticəsi olan və yalnız sənədlərə əsaslanan bu kitab 400 səhifədən ibarətdir. Müəllif yazır ki, mən erməni mənşəli amerikalıların 150 yaşlı “qədim” vətənlərini mükafatlandırmaq üçün türklərdən, habelə Amerika xristianlarından böyük məbləğdə pul vəsaiti qoparmaq məqsədi ilə qətllər və soyqırımı ilə bağlı uydurma və yalanlar yaydığını sübut edən faktlar aşkar etmişəm.

O, amerikalı həmvətənlərinə müraciət edərək, hiddətlə soruşur: “Siz kimə daha çox inanırsınız - ermənilərin Osmanlı imperiyasını sağ-salamat tərk etdiklərini gözləri ilə görən şahidlərə, yoxsa 1,5 milyon həmtayfasının Osmanlı hökuməti tərəfindən qətlə yetirildiyini dəlil-sübutsuz iddia edən ermənilərə?”.

Dindar xristian olan Samuel Viimsin kitabında bildirilir ki, 1918-ci ildə kiçik bir ərazidə erməni dövlətinin yarandığı vaxtdan o, qonşuları Gürcüstana, Osmanlı imperiyasına və Azərbaycana qarşı torpaq iddiaları irəli sürməyə başlamışdır.

Kitabda tanınmış tarixçi alim Ogüst Karyerin fikri misal gətirilir. O, ermənilərin yalnız Nuh peyğəmbərin gəmisinin qalıqlarının Ararat dağında tapıldığına görə, - guya ermənilər Nuh peyğəmbərin nəslindən olan Haykın törəmələridir, - şərqi Anadolunun başdan-başa erməni torpaqları olması barədə iddialarını rədd edir. Beləliklə, ermənilərin mənşəyi barədə məlumatlar uydurmalara, daha dəqiq desək, ağ yalana əsaslanır.

Qarabağa gəldikdə isə, Amerika alimi yazır ki, həqiqət bundan ibarətdir ki, 1800-cü ildə bütün Qafqaz regionunda çox az sayda erməni tapmaq olardı. Rusiya mənbələrinə görə, Qafqazın Rusiyaya birləşdirildiyi dövrdə Qarabağda 90 min nəfər yaşayırdı. Burada o dövr üçün bir böyük şəhər və 600 kənd var idi. Onların 150-də ermənilər yaşayırdı. “Ancaq dağlılar zorla köçürüldükdən sonra ermənilər burada üstünlük təşkil etdilər. 1907-1912-ci illərdə Rusiya yarım milyondan çox erməninin İrandan və Osmanlı imperiyasından əsasən müsəlman azərbaycanlıların yaşadığı Qars, İrəvan və Yelizavetpola (Gəncə) köçməsinə kömək etdi. Başqa sözlə, geosiyasi mənafelər naminə Qafqazda demoqrafik dəyişikliklər edildi.

XX əsrin əvvəllərində Qarabağdan çıxan bircə yol var idi, o da Bakıya gedirdi. Ermənistana isə bir dənə də yol aparmırdı. Təkcə bu fakt çox şeydən xəbər verir. Bəlkə elə buna görə hətta bolşeviklər də etiraf etmişdilər ki, Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur.

1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarından biri İrəvanın (Yerevan) siyasi mərkəzi olmayan Ermənistan Respublikasına verilməsi idi. O zaman yalnız İrəvan və Eçmiədzin rayonlarından ibarət Ermənistanda cəmi 400 000 əhali yaşayırdı. Zaman göstərdi ki, İrəvanın verilməsi gənc Azərbaycan Cümhuriyyətinin bağışlanılmaz səhvi idi və onun nəticələri hələ də özünü göstərməkdədir.

Hazırda “soyqırımı” haqqında car çəkən ermənilər de-fakto vətəndaşı olmadıqları, - çünki Vətən xainləri ölkə vətəndaşları sayıla bilməzlər, - de-yure vətəndaşı hesab etdikləri Osmanlı imperiyasına qarşı öz qeyri-loyal və xəyanətkar münasibətləri barədə bir kəlmə də danışmırlar. Halbuki, o vaxt Osmanlı imperiyasının özünü müdafiə etmək məqsədi ilə erməniləri cəbhə xəttindən uzağa köçürməyə qanuni haqqı var idi. Gizli deyil ki, Türkiyə ermənilərinin əksəriyyəti hərbi əməliyyatlarda Rusiya imperiyasının qoşunları tərəfində döyüşürdülər. ABŞ hökuməti bu hüquqa əsaslanaraq, İkinci Dünya müharibəsi dövründə ölkənin yapon mənşəli bütün vətəndaşlarını qərb sahillərindən köçürmüşdü. İosif Stalin bu hüquqdan istifadə edərək, dövlətin təhlükəsizliyini təmin etmək üçün Volqaboyunda yaşayan almanları Qazaxıstana və Orta Asiyaya köçürmüşdü. Tarixdə bu cür nümunələr çoxdur.

“IC Public relations research” institutunun direktoru, “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak hesab edir ki, burada söhbət təkcə başqa xalqa mənsubluqdan deyil, Türkiyənin erməni mənşəli vətəndaşlarının Türkiyə ilə müharibə vəziyyətində olan Rusiya imperiyasına daimi və fəal köməyindən gedir. Başqa sözlə, söhbət bütün dövrlərdə və bütün xalqlar tərəfindən ölümlə cəzalandırılan klassik kollaborasionizmdən (düşmənlə könüllü əməkdaşlıq) gedir.

Böyük Britaniyanın 1916-1922-ci illərdə Baş naziri olmuş Devid Lloyd Corcun yazdığına görə, 1915-ci ildə Osmanlı imperiyasında baş verən faciəli hadisələrin təqsirkarları Türkiyədə “beşinci dəstəni” maliyyələşdirən Rusiya, habelə rusları Osmanlı torpaqlarını tərk etməyə məcbur edən Britaniya imperiyasıdır. Bu baxımdan, həmin dövrdə sayca qat-qat çox türk, azərbaycanlı, yəhudi və Qafqazın digər xalqlarının nümayəndələrini qətlə yetirmiş erməni quldur dəstələrinin əməllərini də nəzərdən qaçırmaq olmaz.

Kiçicik Ermənistan dünyanın hər yerinə səpələnmiş həmtayfalarından istifadə edərək, uzun illər xristian aləmini islama və müsəlmanlara qarşı qaldırmağa çalışmışdır. Samuel Viimsin fikrincə, müsəlman aləmində Amerikaya “nifrətin” səbəblərindən biri də budur.

“Ermənistan: terrorçu “xristian” dövlətin sirləri” sənədli tədqiqat əsərinin üz qabığında oxuculara belə bir tövsiyə verilir: “Bu kitabı hər bir xristian və Amerikada hər bir vergiödəyicisi oxumalıdır”. Biz isə əlavə edirik ki, “dünyanın həqiqəti əziz tutan hər bir vətəndaşı oxumalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub