Ermənistan prezidenti Britaniya vətəndaşlığını gizlətməkdə ittiham olunur
Bakı, 30 mart, AZƏRTAC
Ermənistan prezidenti Armen Sarkisyanı vəzifəyə başlayan zaman ikili vətəndaşlığını gizlətməkdə ittiham edirlər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ölkənin vəkillər palatasının sədri Ara Zohrabyan bildirib. Onun sözlərinə görə, 53 vəkil bu məsələ ilə bağlı baş prokurorluğa müraciət edib.
Vəkillərin bəyanatında qeyd edilir ki, Sarkisyan 2003-2012-ci illərdə azı on il Britaniya vətəndaşlığına malik olub və 2018-ci il martın 2-də Ermənistan prezidenti seçilib. Halbuki qanuna görə, bu vəzifəyə yalnız son altı ildə Ermənistan vətəndaşı olan şəxs seçilə bilər.
“Armen Sarkisyan o halda Ermənistan prezidenti seçilə bilərdi ki, onun Britaniya vətəndaşlığına 2012-ci il martın 1-də xitam verilmiş olsun”, - Zohrabyan özünün “Facebook” səhifəsində belə yazıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]