Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam edir
Bakı, 7 may (AZƏRTAC). Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 6-da saat 11.45-dən 12.20-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 21.15-dən 21.25-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında, saat 19.25-dən 19.55-dək və mayın 7-də saat 5.15-dən 5.30-dək Tərtər rayonunun Qızıloba və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]