ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİNİ AVTOMAT VƏ PULEMYOTLARDAN ATƏŞƏ TUTMUŞLAR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 18-də saat 13.10-dan 21.25-dək Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndi, Noyemberyan rayonunun Voskevan kəndi sahəsindəki mövqelərindən Milli Ordumuzun Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam və Koxanəbi, Qazax rayonunun Quşçu Ayrım və Cəfərli kəndləri sahəsindəki mövqelərini, saat 16.00-dan mayın 19-u saat 2.30-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 19.20-dən 19.25-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 23.30-dan 23.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, mayın 19-da saat 00.01-dən 00.20-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur. İtki yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]