Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 50 dəfə pozub VİDEO
Bakı, 2 mart, AZƏRTAC
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 50 dəfə pozub.
Ermənistanın İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.
Azərbaycan Respublikasının Goranboy rayonunun Talış, Tap Qaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Alxanlı, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:14]
“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib
- 11.06.2026 [09:27]
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
- 10.06.2026 [18:17]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [15:21]
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
- 10.06.2026 [12:15]
Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]