Ermənistanda alkoqollu içkidən zəhərlənən 12 nəfər ölüb
Tbilisi, 1 sentyabr, AZƏRTAC
Ermənistanda alkoqollu içkilərdən kütləvi zəhərlənmə baş verib. Onlardan 12 nəfəri ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, avqustun 31-də ağır vəziyyətdə Armavir Tibb Mərkəzinə gətirilmiş 10 nəfərə alkoqoldan zəhərlənmə diaqnozu qoyulub.
Xəstəxanaya gətirilən şəxslərdən 3-ü orada ölüb. Daha 4 nəfər İrəvandakı “Ermənistan” klinikasında həyatını itirib.
Digər 1 nəfər İrəvanın “Erebuni” tibb Mərkəzində ölüb.
Sentyabrın 1-də eyni simptomlarla İrəvandan “Ermənistan” klinikasına gətirilən xəstələrdən daha 4 nəfərin öldüyü bildirilir.
Kütləvi zəhərlənməyə səbəb olmuş alkoqollu içkinin istehsalı ilə məşğul olan şəxs artıq həbs olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]