Azərbaycan Dövlət İnformasiya Agentliyi

ERMƏNİSTANDA KEÇİRİLƏCƏK PREZİDENT SEÇKİLƏRİNİN ƏSAS İNTRİQASI

Ermənistan 2008-ci il fevralın 19-da keçiriləcək prezident seçkilərinə hazırlaşır. Ölkənin baş naziri Serj Sarkisyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebi ilə görüşdə bəyan etmişdir ki, Ermənistanın hakimiyyət orqanları bu seçkilərin ən yüksək səviyyədə təşkil edilməsində və keçirilməsində çox maraqlıdır. Elə etmək lazımdır ki, seçkilərin obyektivliyi və şəffaflığı heç kəsdə azacıq da olsa şübhə oyatmasın. O, seçkilərdə subyektivlik barədə şübhələr yaranmaması üçün exit-poll sorğularından istifadə edilməsi ilə yanaşı, elektron və mətbu informasiya vasitələrinin yetərli monitorinqini keçirəcək bir neçə nüfuzlu təşkilatın da cəlb olunmasını təklif etmişdir. Bundan əlavə, prezident seçkilərinin müşahidəsinə beş yerli təşkilat cəlb edilmişdir: “Erebuni” - 3 müşahidəçi, “Açıq cəmiyyət institutu” - 1405 müşahidəçi, “Sənin seçimin”- 4010 müşahidəçi, “Mutk” - 40 müşahidəçi, “Ədalət və hüquq” - 616 müşahidəçi.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Qorik Akopyan həm hökuməti, həm də xalqı əmin etmişdir ki, MTX əməkdaşları seçkiqabağı dövrdə konstitusion qaydaların pozulmasının qarşısını öz səlahiyyətləri çərçivəsində alacaqlar.

Gurultulu bəyanatlardır, ancaq bunlara əməl ediləcəkmi. Hələlik isə faktlar bunun tam əksinədir.

Eks-prezident Levon Ter-Petrosyanın sözlərinə görə, bu gün Ermənistanda təpədən-dırnağa qədər korrupsiyaya qurşanmış cinayətkar idarəetmə aparatı fəaliyyət göstərir. Bu aparatda münasibətlər qanunlarla, xalqın iradəsi ilə, siyasi dialoqla deyil, kriminal aləmin qaydaları ilə tənzimlənir.

Müxalifətçi “Çorord şixanutyun” (“Dördüncü hakimiyyət”) qəzetinin ofisinin girəcəyində partlayış baş vermiş, nəticədə ofis, demək olar ki, dağılmışdır. Ölkədə əsl “əcinnə ovu” gedir, sabiq prezidentin tərəfdarları və müxalifətçi qüvvələr müxtəlif hücumlara məruz qalırlar.

Ermənistanın ombudsmanı Armen Arutyunyanın bu partlayışla əlaqədar müraciətində deyilir: “Çorord şixanutyun” qəzetinin redaksiyasında törədilmiş partlayış ölkədə söz və fikir azadlığının bərqərar olmasını zərbə altında qoyur”.

“Yeni Zəmanə” Partiyası da bu insidenti pisləyərək, onu “siyasi vandalizmin növbəti təzahürü” adlandırmışdır.

Qarabağ klanı yaxşı başa düşür ki, L.Ter-Petrosyanın hakimiyyətə qayıtmaq şansı getdikcə artır. Buna görə də ona indidən “satqın” damğası vuraraq bildirirlər ki, L.Ter-Petrosyan prezident vəzifəsində fəaliyyətə başlayan kimi, Qarabağı və işğal olunmuş digər əraziləri Azərbaycana qaytaracaqdır. Elə Ermənistanın indiki hakimiyyət orqanları da Azərbaycanla bu və ya digər şəkildə sövdələşməyin əleyhinə deyil, onlar Qarabağ məsələsində güzəştə getməyə hazır olduqlarını bəyan edirlər. Hərçənd, bu bəyanatlar xalis erməni üslubunda səslənir. Məsələn, prezidentliyə namizəd Serj Sarkisyan demişdir: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan isə Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququnu tanımalıdır”. Belə çıxır ki, ermənilərin (gəlin, hər şeyi öz adı ilə adlandıraq, Sarkisyan “Dağlıq Qarabağ xalqı” dedikdə, məhz orada məskunlaşmış erməniləri nəzərdə tutur) öz müqəddəratını təyin etməsi Azərbaycanın ərazi bütövlüyünə qəsd edilməsi deyilmiş... Hərçənd, ədalət naminə deməliyik ki, o, ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünün tanınmasının zəruri olmasından söz açmışdır.

Başqa sözlə desək, indi təşəbbüsü Qərbdə çox populyar olan L.Ter-Petrosyanın əlindən almağa cəhd edirlər. Bu məqsədlə sabiq prezidentin özünün və onun siyasi tərəfdarlarının teleefir vasitəsilə ölkə əhalisi ilə ünsiyyət saxlamasına imkan verilmir. Bütün bunlar birbaşa sübut edir ki, Ermənistanın hakimiyyət orqanları söz azadlığını, fikir plüralizmini və siyasi qüvvələr üçün bərabər şərait yaradılması zərurətini inkar etməklə demokratik cəmiyyətin əsas prinsiplərini başa düşmürlər. Belə bir ölkəyə demokratik ölkə demək olarmı?!

Bu qarşıdurma Avropa Şurası Parlament Assambleyasının Ermənistan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Jorj Kolombyenin də nəzərindən qaçmamışdır. O, mətbuata inzibati təzyiq və polis tərəfindən KİV-in qorxudulması faktlarından, ümumiyyətlə, bu ölkədəki seçkiqabağı ab-havadan narahat olduğunu bildirmişdir.

Gəlin, qarşıdakı prezident seçkiləri ilə əlaqədar Ermənistan Gənclər Alyansı tərəfindən aparılmış sosioloji sorğunun nəticələrinə diqqət yetirək. Sorğunun yekunlarına görə, respondentlərin 27,4 faizi Serj Sarkisyanın namizədliyini dəstəkləmişdir. Sonrakı yerləri Vaan Ovannisyan (15,2 faiz), Levon Ter-Petrosyan (14,5 faiz), Artur Baqdasaryan (9,6 faiz), Vazgen Manukyan (6,6 faiz), Artaşes Qeqamyan (4,4 faiz), Tiqran Karapetyan (3,6 faiz) və hərəsi 0,3 faiz səs toplamış Aram Arutyunyan və Arman Melikyan tuturlar. Əlamətdar haldır ki, qondarma “DQR” separatçılarının başçısının keçmiş müşaviri, işğal olunmuş ərazilərin qaytarılmasının əleyhinə çıxış edən, seçkiqabağı kampaniyada davakar ritorikadan istifadə edən Melikyana respondentlərin cəmi 0,3 faizi səs vermişdir.

Xatırladaq ki, dekabrın 13-14-də keçirilmiş bu sosioloji sorğuda min nəfər respondent iştirak etmişdir.

Ermənistan Xalq Partiyasının lideri Stepan Dəmirçyanın dediyinə görə, qarşıdakı seçkilərin əsas intriqası ölkənin ilk prezidentinin namizədliyinin irəli sürülməsidir. O demişdir ki, Levon Ter-Petrosyanın reytinqinin artması meylini sosioloji sorğuların nəticələri də, müxalifətin mitinqləri də təsdiq edir.

“Daşnaksütyun” Erməni İnqilabi Federasiyasından (DEİF) prezidentliyə namizəd Vaan Ovannisyan isə bunun əksini iddia edir. Onun dediyinə görə, sorğuların nəticələrini yoxlamazdan əvvəl bu sorğuların sifarişçisinin kim olması faktını nəzərə almaq lazımdır. O demişdir: “Mən inanmıram ki, Serj Sarkisyan lider mövqeyində olsun, buna da inanmıram ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanı əhalinin 52 faizi dəstəkləyir”.

“Daşnaksütyun” Erməni İnqilabi Federasiyası parlament fraksiyasının rəhbəri Qrayr Karapetyan bu fraksiyanın öz namizədini irəli sürməsinin səbəbini belə izah etmişdir: “1998-ci ildə DEİF Robert Koçaryanın ölkə rəhbərliyinin siyasi, ilk növbədə, xarici siyasi xəttinin dəyişdirilməsi barədə təklifini dəstəkləmişdi. İndiki prezidentin seçkidə iştirak edə bilməyəcəyi şəraitdə bizim öz namizədimizi irəli sürmək məqamı yetişmişdir”.

Ermənistan Kommunist Partiyası belə hesab edir ki, erməni xalqı siyasi proseslərdən kənardır və daha prezidentliyə namizədlərlə maraqlanmır. Buna görə də Kommunist Partiyası seçkiqabağı mübarizəyə qoşulmamağı və namizədlərdən heç birini dəstəkləməməyi qərara almışdır.

Ermənistan Xalq Partiyasının lideri birmənalı olaraq hesab edir ki, prezident seçkilərində əsas mübarizə Levon Ter-Petrosyanla Serj Sarkisyan arasında gedəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub