Ermənistanda koronavirusa yoluxanların sayı 1000 nəfərdən çoxdur
Tbilisi, 12 aprel, AZƏRTAC
Ermənistanda son sutka ərzində koronavirusa daha 40 nəfər yoluxub. Bununla da Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 1013 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan məlumat verib.
Onun sözlərinə görə, Ermənistanda koronavirusa yoluxma ilə bağlı vəziyyət nəzarətdən çıxıb.
Ölkədə 13 nəfərin koronavirusdan öldüyü bildirilir.
Ermənistanda fövqəladə vəziyyətin müddəti aprelin 14-də başa çatır.
Baş nazir N.Paşinyan fövqəladə vəziyyətin müddətinin uzadılacağını istisna etməyib. Onun sözlərinə görə, gələn həftə parlament bununla bağlı qərar qəbul etməlidir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]