Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi mərmilərin zərərsizləşdirilməsi proseslərini çətinləşdirir

Bakı, 18 mart, AZƏRTAC

İstənilən müharibə və ya münaqişə başa çatdıqdan sonra minalanmış sahələr, partlamamış hərbi sursat və əldəqayırma partlayıcı qurğular həmin ərazilərin əsas probleminə çevrilir. Qarabağdakı sonuncu döyüş əməliyyatları nəticəsində və Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan Ordusunun azad etdiyi ərazilərin partlayıcı maddələrdən təmizlənməsi milyonlarla maliyyə vəsaiti, minadan təmizləmə üzrə çoxlu sayda peşəkar heyət və böyük texniki ehtiyatlar tələb edir. Nəzərə alsaq ki, hələ İkinci Dünya müharibəsindən başlayaraq, son səksən ildə ən aktual problemlərdən biri də məhz bu təhlükəli minaların təmizlənməsi məsələləridir.

Bunu hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a müsahibəsində deyib.

Hərbi ekspert xatırladıb ki, Azərbaycan əraziləri otuz il ərzində işğal altında qaldığı üçün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən bütün ərazilərə, o cümlədən qəbiristanlıqlar, su hövzələri, cığırlar, keçidlər, mümkün ola biləcək sahələrə xeyli sayda mina və partlamamış mərmilər basdırılıb. Ermənistan tərəfinin bu minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməməsi vəziyyəti xeyli çətinləşdirir. Bu minatəmizləmə proseslərinin həm sürətini aşağı salır, həm də onların aşkarlanaraq zərərsizləşdirilməsi işlərinin uzanmasına səbəb olur. Ermənistan ordusu Qarabağda əsasən Sovet İttifaqı istehsalı olan tank və piyada əleyhinə, eləcə də bu ölkədə istehsal olunan minalardan istifadə edib. Hava şəraitinin təsiri altında minaların zamanla sıradan çıxması və minalanmış sahələrinin yenilənməsi ərazidəki mövcud mina sıxlığının da artmasına səbəb olur. Belə ki, Qarabağda 10-20 santimetr dərinlikdə basdırılan minalar iqlimin təsiri ilə bəzən 35-40 santimetr dərinlikdə tapılır.

Ermənistan tərəfinin Azərbaycana minalanmış sahələrin sxemlərini və xəritələrini verməkdən imtina etməsinin mənfur düşmənin gələcəkdə Azərbaycanla mehriban qonşuluq şəraitində yaşamaq niyyətində olmadığından xəbər verdiyini bildirən hərbi ekspert deyib: “Belə vəziyyət qarşı tərəfin bu məsələdə hüquqi cəhətdən məsuliyyətini də artırır. Ermənistanın bu davranışı ciddi qınağa səbəb olmalıdır. Lakin bu, o demək deyil ki, Ermənistan tərəfinin vermədiyi müvafiq xəritələr minatəmizləmə proseslərinin davam etməsinə hansısa əngəllər törədir. Zaman baxımından bu, daha çox vaxt apara, mülki şəxslərin daha çox xəsarət almasına səbəb ola bilər. Ancaq Azərbaycan bu minatəmizləmə işlərini sürətləndirmək üçün tərəfdaş ölkələrin imkanlarından istifadə edir. Eyni zamanda, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin ştat strukturu, Müdafiə Nazirliyinin mühəndis-istehkam qoşunlarının mühəndis-istehkam bölmələrinin sayı artırılır. Bununla yanaşı, bu vəzifələri mümkün olan ən qısa müddətdə və təhlükəsiz şəkildə icra etmək üçün Türkiyədən və Avropa ölkələrindən mexaniki minatəmizləmə texnikası və vasitələri ölkəmizə gətirilib”.

Ədalət Verdiyev qeyd edib ki, ərazilərin çoxlu sayda mina və partlamamış hərbi sursatla çirkləndirilməsi nəzərə alınaraq, vətəndaşlarımız həmin ərazilərə dövlətin rəsmi dəvəti və icazəsi olmadan səfər etməməlidirlər. Qeyri-qanuni yollarla həmin ərazilərə səfər edilməsi vətəndaşlarımız üçün ciddi təhlükə törədir. Müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onlar üçün ciddi təhlükə olması barədə müvafiq dövlət qurumlarının xəbərdarlıqlar etməsinə baxmayaraq, hələ də ayrı-ayrı şəxslər minalardan tam təmizlənməmiş sahələrə daxil olmağa çalışırlar. Vətəndaşlarımız ərazilərin minalardan tam təmizlənməsi işi başa çatanadək belə səfərlərdən çəkinməlidir. Əks təqdirdə belə səfərlər onların həyat və sağlamlıqlarını itirmələri ilə yekunlaşa bilər.

“Hazırda minatəmizləmə işləri ilə məşğul olan həm Müdafiə Nazirliyinin, həm də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin müvafiq istehkamçıları azad edilmiş ərazilərdə minaların zərərsizləşdirilməsi tədbirlərini fasiləsiz həyata keçirirlər. Böyük Qayıdışın iştirakçısı olaraq bizim hər birimizin işğaldan azad olunan ərazilərə getmək arzularımızın reallaşdırılması həmin istehkamçılardan asılıdır. Bu işdə onlara dəstək olmaq hamımızın borcumuzdur. Əgər partlamamış sursatın aşkarlanması ilə məşğul olan istehkamçılara dəstək verməyə imkanımız çatmırsa, təhlükəli vəzifələrini layiqincə yerinə yetirə bilmələri üçün onlara mane də olmamalıyıq”, - deyə hərbi ekspert vurğulayıb.

Ə.Verdiyev əlavə edib ki, minalanmış ərazilərin xəritəsinin verilməsi texniki məsələdir. Bu, zaman-zaman münaqişə vəziyyətində olan ölkələr arasında yaşanıb. Ancaq Ermənistan bu məsələni də siyasiləşdirib. Azərbaycanın müvafiq qurumları minalanmış ərazilərin xəritəsinin Ermənistan tərəfindən ölkəmizə verilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Odur ki, mina problemi ilə məşğul olan beynəlxalq təşkilatlar bu məsələyə münasibətdə ədalətli mövqe nümayiş etdirməlidirlər. Bu xarici təsisatlar imicini qorumaq naminə Ermənistana təsir göstərərək xəritələrin Azərbaycana verilməsində maraqlı olmalıdırlar. Amma təəssüf olsun ki, hələ də xəritə verilmir və mina hadisələri nəticəsindən insanlar həlak olur, xəsarət alırlar. Ermənistanın Azərbaycanın azad edilmiş torpaqlarında kütləvi şəkildə yerləşdirdiyi minalar mülki insanları öldürür, şikəst edir. Martın 16-da altı mülki şəxsin Ağdamın işğaldan azad edilmiş ərazisindəki qəbiristanlıqda dəfn olunmuş yaxınlarının məzarını ziyarət edərkən piyada əleyhinə minaya düşməsi faktı da buna sübutdur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB VİDEO

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb

BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub

Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb

Qahirənin nüfuzlu jurnalında azərbaycanlı alimin kitabı haqqında yazı dərc olunub

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşadadırlar

Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar

Bakının yol qovşaqlarından birində nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq

İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər nəzərdən keçirilib

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq

Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü yeri tutub

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb VİDEO

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb VİDEO

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Yaponiyada qida istehlakı vergisi azaldılır

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub