Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın Qarabağa göndərdiyi pullar nəyə xərclənir? – Araşdırma

Ermənistanın Qarabağa göndərdiyi pullar nəyə xərclənir? – Araşdırma

Bakı, 27 may, AZƏRTAC

Qarabağdakı qondarma rejimin mövcudluğunu qoruması üçün onun Ermənistan tərəfindən maliyyələşdirilməsi davam etdirilir. Ermənistan hökuməti bununla qondarma rejimi ayaqda saxlamağa və ondan siyasi təsir vasitəsi kimi istifadə etməyə çalışır. İkinci Qarabağ müharibəsindən sonra qondarma rejimin iqtisadi resurslarının azalması onun Ermənistandan asılılığını daha da artırıb. Müharibədən sonra qondarma rejimin iqtisadi imkanlarının daralmasına baxmayaraq, o, Ermənistandan köçürülən vəsaitlər vasitəsilə əhalinin Qarabağda qalmasını təmin etməyə çalışır, eyni zamanda, “digər xərclər” adı altında gizlətdiyi vəsaitlər hesabına özünün korrupsiya əməllərini davam etdirir. Qondarma rejimin büdcə xərclərinin strukturu bunları deməyə əsas verir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) baş elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Orxan Bağırovun “Ermənistanın Qarabağa göndərdiyi pullar nəyə xərclənir?” sərlövhəli araşdırmasında yer alıb.

Araşdırmada göstərilir ki, qondarma rejimin təqdim etdiyi statistik rəqəmlərə əsasən, 2022-ci ildə rejimin büdcə xərcləri 546,93 milyon dollar həcmində olub. 2023-cü ildə isə guya əvvəlki illə müqayisədə 7,64 milyon dollar və ya 1 faiz artırılaraq 554,57 milyon dollara çatdırılacaq (Cədvəl 1).

Cədvəl 1. Qondarma rejimin “büdcəsi”nin strukturu (milyon dollar)

 

2022

2023

Gəlirlər

467,14

478,99

Xərclər

546,93

554,57

Büdcə kəsri

79,79

75,57

Qeyd etmək lazımdır ki, qondarma rejimin büdcə gəlirlərinin əsaslı hissəsini Ermənistan tərəfindən “dövlətlərarası kredit” adı altında verilən vəsaitlər təşkil edir. Ermənistanın rəsmi məlumatlarına görə, 2022-ci ildə bu ölkədən Qarabağa 350 milyon dollar həcmində vəsait ayrılıb ki, bu da ümumi büdcə gəlirlərinin 74 faizini təşkil edib. 2023-cü ildə isə hazırkı məzənnə ilə hesabladıqda guya 372 milyon dollar vəsaitin ayrılacağı proqnozlaşdırılır. Bu da ümumi gəlirlərin 77 faizini təşkil edir. Dövlətlərarası kreditin faiz dərəcəsi 0,01 faiz səviyyəsində müəyyən edilir. Ümumiyyətlə, son illərdə Ermənistandan qondarma rejimə köçürülən vəsaitlər “kredit adı” altında verilsə də, sonradan hökuməti tərəfindən bağışlanılır.

Qondarma rejimin büdcə xərclərinin strukturuna baxdıqda məlum olur ki, xərclərin ən böyük hissəsi sosial müdafiə üçün ayrılır. Belə ki, 2022-ci ildə bu istiqamətə 133,23 milyon dollar ayrılıb ki, bu da ümumi xərclərin 24,4 faizini təşkil edib (Cədvəl 2). 2023-cü ildə sosial müdafiə xərclərinin daha da artırılaraq 187,99 milyon dollara çatdırılacağı gözlənilir ki, nəticədə onun ümumi xərclərdə payı 33,9 faizə qədər yüksələcək. Sosial istiqamətə böyük diqqətin ayrılması bir tərəfdən müharibədəki məğlubiyyətlə əlaqəlidirsə, digər tərəfdən qondarma rejimin əhalinin Qarabağı tərk etməsinin qarşısını almağa çalışdığını göstərir. Yəni, Ermənistan hökuməti sosial müdafiə xərclərini artırmaqla əhalinin Qarabağda qalmasını təmin etməyə çalışırlar. Bunu həm də müharibədən əvvəlki dövrlə müqayisədə sosial müdafiə xərclərinin kəskin artırılması sübut edir. Belə ki, 2020-ci ildə qondarma rejim sosial müdafiə istiqaməti üçün 55,5 milyon dollar ayırmışdı. Bu, 2023-cü ildə planlaşdırılan məbləğdən 3,4 dəfə azdır. Aydındır ki, bu artımda Ermənistanın milli valyutası dramın bahalaşması da rol oynayır. Lakin artımın çox kiçik hissəsi valyutanın bahalaşması ilə əlaqəlidir. Onu da nəzərə alsaq ki, artıq müharibədən 2 il yarımdan çox vaxt keçib və müharibə ilə əlaqəli sosial müdafiə problemlərinin əsas hissəsi həll edilib, o zaman xərclərin azaldılmasını gözləmək olardı. Bunun əksinə olaraq, xərclərin artması isə bir daha onu göstərir ki, əsas məqsəd əhalinin Qarabağda saxlanılmasıdır.

Eyni zamanda, qeyd etmək lazımdır ki, Laçın dəhlizində ekoaksiyanın keçirilməsi nəticəsində qondarma rejimin iqtisadi və sosial vəziyyətinin pisləşməsi 2023-cü ildə büdcə layihəsinin tərtib edilməsində sosial müdafiə xərclərinin artırılmasına təsir göstərib. Bundan başqa, sosial müdafiə xərclərinin artırılmasına Qarabağda qanunsuz fəaliyyət göstərən “Base Metals” şirkətinə məxsus mis-molibden yatağının fəaliyyətinin dayandırılması da təsir edib. Çünki yataqda 1300-dək insan işləyirdi və hazırda onların əksəriyyəti işsiz qalıb. Qondarma rejim onların sosial təminatını gücləndirməyə məcburdur. Büdcə gəlirlərinin çox böyük hissəsinin Ermənistandan köçürülən vəsaitlər hesabına təmin edilməsi isə onu deməyə əsas verir ki, əhalinin Qarabağda qalmasında Ermənistan hökuməti birbaşa iştirak edir.

Cədvəl 2. Qondarma rejimin “büdcə xərcləri”nin strukturu (faizlə)

 

2022

2023

Publik xidmətlər

15,0%

15,0%

Müdafiə

0,9%

0,9%

Təhlükəsizlik, polis, prokurorluq, xilasetmə

8,6%

10,5%

İqtisadiyyat, kənd təsərrüfatı, yanacaq, enerji, nəqliyyat

10,2%

7,8%

Tikinti və kommunal xidmətlər

4,5%

3,1%

Səhiyyə

7,2%

6,2%

Təhsil

8,0%

7,2%

Sosial Müdafiə

24,4%

33,9%

Digər Xərclər

19,6%

13,8%

Qeyd olunur ki, 2022-ci ildə qondarma rejim büdcə xərclərinin 47,27 milyon dollarını və ya 8,6 faizini təhlükəsizlik, polis, prokurorluq, xilasetmə istiqaməti üzrə xərcləyib (Cədvəl 2). Cari il üçün isə bu istiqamətdə ayrılacaq vəsaitlərin həcmi artırılaraq 58.36 milyon dollara çatdırılıb. Nəticədə, bu istiqamətin büdcə xərclərində payı 10.5 faizə qədər artacaq. Təhlükəsizlik istiqamətində xərclərin artırılması qondarma rejimin bu istiqamətdə risklərin artacağını gözlədiyini deməyə əsas verir. Ona görə də bu istiqamətdə xərclər 10 milyon dollara qədər artırılacaq. Bu istiqamətə böyük həcmdə xərclərin ayrılmasını da əhalinin Qarabağda saxlanılmasına yönəldilən addım kimi qiymətləndirmək olar. Ona görə ki, əhalinin saxlanılmasını təmin etmək üçün onların sosial müdafiəsi ilə yanaşı, təhlükəsizliyinin təmin edilməsi də vacibdir.

Təhlükəsizlik xərclərinin əksinə olaraq, 2023-cü ildə iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı, yanacaq, enerji və nəqliyyat istiqamətləri üzrə xərclərin azaldılması planlaşdırılır. Bu xərclər 2023-cü ildə 12,4 milyon dollar azaldılaraq 43,34 milyon səviyyəsinə endiriləcək və ümumi xərclərdə payı 10,2 faizdən 7,8 faizə qədər azalacaq (Cədvəl 2). Görünən odur ki, iqtisadi imkanlar məhdudlaşdığından bu istiqamətdə xərclərin artırılması qondarma rejim tərəfindən məqsədəuyğun hesab edilmir. Ona görə ki, İkinci Qarabağ müharibəsindən sonra böyük həcmdə iqtisadi imkanlar, o cümlədən kənd təsərrüfatı və enerji resursları qondarma rejimin əlindən çıxıb və iqtisadi sahədə fəaliyyət imkanları daralıb. Buna görə də bu istiqamətdə xərclər azaldılaraq əvəzində təhlükəsizlik və sosial müdafiə istiqamətlərində xərclər artırılır. Bu da onu göstərir ki, qondarma rejim iqtisadiyyatın inkişafı hesabına deyil, süni şəkildə, yəni, təhlükəsizliyin və sosial müdafiənin Ermənistandan alınan vəsaitlər ilə təmin edilməsi sayəsində əhalinin Qarabağda saxlanılmasına çalışır. İstənilən halda, iqtisadi imkanlar olmadıqda gənc əhalinin uzunmüddətli dövrdə Qarabağda qalması real görünmür.

İqtisadi sahə ilə yanaşı, səhiyyə, təhsil, tikinti və kommunal xidmətlər istiqamətində də xərclərin azaldılması nəzərdə tutulub. Azalma nəticəsində ümumi xərclərdə təhsil xərclərinin payı 8 faizdən 7,2 faizə, səhiyyə xərclərinin payı isə 7,2 faizdən 6,2 faizə, tikinti və kommunal xidmətlər üzrə xərclərin payı isə 4,5 faizdən 3,1 faizə qədər azalmış olacaq. Diqqətçəkən məqam isə müdafiə xərclərinin həcminin çox kiçik olmasıdır. Qondarma rejimin təqdim etdiyi statistik rəqəmlərə görə, 2022-ci ildə müdafiə xərclərinin həcmi cəmi 5,07 milyon dollar səviyyəsində olub və bu da ümumi xərclərin 0,9 faizini təşkil edib. 2023-cü ildə də bu istiqamətdə ayrılacaq xərclərin həcmində dəyişiklik olmayacaq. Qarabağda hazırda minlərlə hərbçinin olması şəraitində müdafiə xərclərinin bu qədər az olması real görünmür. Martın 21-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib: “Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur”. Digər tərəfdən Ermənistanda dövlət sertifikasiyasını keçmiş, müqavilə ilə işləyən hərbçilərə ayda hazırkı məzənnə ilə 1082 dollar əməkhaqqı verilir. Əgər ən pis halda 10 min hərbçinin yarısı ayda 1000 dollar məvacib alarsa, o zaman təkcə onların əməkhaqqı 5 milyon dollar edir. Hərbçilərin qidalanması, hərbi infrastrukturun saxlanılması və digər bu kimi xərclərin də olduğunu nəzərə aldıqda, hərbi xərclərin 5 milyon dollar səviyyəsində olmasının qeyri-mümkünlüyü ortaya çıxır.

Diqqətçəkən digər məqam isə təyinatı məlum olmayan “digər xərclər “kimi müəyyənləşdirilmiş xərclərin həcminin kifayət qədər böyük olmasıdır. Bu kateqoriya üzrə xərclər 2022-ci ildə 107 milyon dollar səviyyəsində olub və ümumi xərclərin 19,6 faizini təşkil edib. 2023-cü ildə bu xərclərin 76,4 milyon dollara qədər azaldılması nəzərdə tutulsa da, ümumi xərclərin kifayət qədər böyük hissəsini, yəni, 13,8 faizini təşkil edəcək. Qondarma rejimin təqdim etdiyi büdcə strukturunda bütün əsas xərc kateqoriyaları yer alıb. Yəni, istər müdafiə, istər təhlükəsizlik, istər iqtisadiyyat, istərsə də sosial istiqamət üzrə xərclər mövcuddur. Belə olan halda, yerdə qalan “digər xərclər”in həcminin kiçik olacağını gözləmək olardı. Lakin bu xərclərin həcminin böyük olması və ümumi xərclərdə payına görə ikinci ən böyük kateqoriya kimi çıxış etməsi bu xərclərin təyinatı ilə bağlı suallar yaradır. Bütün əsas xərclər qarşılandıqdan sonra “digər xərclər”in hansı istiqamətlər üzrə xərcləndiyi maraqlıdır. Büdcə strukturunda hərbi xərclərin həddən artıq az göstərilməsi “əlavə xərclər” kimi müəyyən edilən vəsaitlərin tərkibində hərbi istiqamətin mühüm olduğunu ehtimal etməyə əsas verir. Qondarma rejim hərbi xərcləri az göstərməklə orada çox sayda əsgərin olmadığını və Ermənistandan müqavilə əsasında muzdluların cəlb edilmədiyini göstərməyə çalışa bilər. Rejim bununla müdafiələrini özlərinin təmin etməsi mənzərəsini yaratmağa çalışır.

Bildirilir ki, eyni zamanda, qondarma rejimdə ən çox korrupsiyalaşmış və oradakı separatçılar tərəfindən vəsaitlərin mənimsənildiyi sektor müdafiə sektorudur. Bu yeyintilərin izini itirmək üçün də hərbi xərclərinin böyük hissəsinin “digər xərclər” kateqoriyasına daxil edilməsi mümkündür. Bundan başqa, qondarma rejimin mövcud olduğu ərazidə tikinti sektoru ən çox vəsaitlərin cəlb edildiyi və işçi qüvvəsini özündə cəmləmiş sahədir. Lakin bu sektorun kommunal xidmətlər ilə eyni kateqoriyaya salınmasına baxmayaraq, iki istiqamət birlikdə büdcədə kiçik paya sahibdir (2023-də 3,1 faiz). Halbuki, kommunal xidmətlər üçün də qondarma rejim böyük həcmdə pul xərcləməli olur. Ona görə də tikinti xərclərinin bir hissəsinin də “digər xərclər” kateqoriyası altında gizlədildiyini ehtimal etmək olar. Tikinti sektoru da korrupsiyanın geniş yayıldığı sektor olduğu üçün böyük ehtimalla qondarma rejim bu sektordakı yeyintilərin izini itirmək üçün bu sahədəki xərcləri büdcədə “digər xərclər” kateqoriyası üzrə rəsmiləşdirir. Ona görə də deyə bilərik ki, qondarma rejim daxilində korrupsiya vasitəsilə gəlir əldə edilməsi baxımından mübarizə məhz “digər xərclər” kateqoriyasına aid edilən vəsaitlər uğrunda gedir ki, bu vəsaitlər də qondarma qurumun xərclərinin kifayət qədər böyük hissəsini təşkil edir. Onu da nəzərə almaq lazımdır ki, 2023-cü ildə “digər xərclər”in əvvəlki illə müqayisədə azaldılaraq müəyyən edildiyi məbləğ (76,4 milyon dollar) belə müharibədən əvvəlki dövrlə müqayisədə yüksəkdir. Bu məbləği 2020-ci ildə “digər xərclər” istiqaməti üçün ayrılmış vəsaitlə müqayisə etsək, onun 53 faiz daha çox olduğunu görərik. Bu isə onu göstərir ki, qondarma rejimdə yeyintiyə gedən vəsaitlər 2021-ci illə müqayisədə 40 faiz azaldılsa belə, müharibədən əvvəlki dövrlə müqayisədə kifayət qədər yüksəkdir.

Büdcə xərclərinin strukturunun təhlili və 2023-cü ildə əvvəlki illə müqayisəsi onu göstərir ki, qondarma rejimin iki əsas məqsədi vardır. Birinci məqsəd özünün separatçı siyasətini davam etdirmək üçün əhalinin Qarabağda saxlanılmasını təmin etməkdir. Ona görə də cari ildə maliyyə resurslarının böyük hissəsinin bunun üçün səfərbər edilməsi planlaşdırılır. Bunun nəticəsidir ki, əhalinin Qarabağda qalmasına daha çox xidmət edən sosial müdafiə və təhlükəsizlik xərcləri ümumilikdə 2023-cü ildə 65,85 milyon dollar artırılacağı halda, iqtisadiyyat, tikinti və kommunal, səhiyyə və təhsil xərclərinin 28,23 milyon dollar azaldılması planlaşdırılır. Hətta Qarabağda yeyinti mənbəyi olan və “digər xərclər” kateqoriyasına aid edilən xərclərin də ciddi şəkildə azaldılması (31 milyon) planlaşdırılır.

İkinci məqsəd isə Ermənistandan köçürülən vəsaitlərin bir hissəsini korrupsiya əməllərinin davam etdirilməsi yolu ilə mənimsəməkdir. Buna görə də ən çox yeyintinin olduğu müdafiə və tikinti sektorlarının xərcləri ayrıca kateqoriya kimi büdcənin strukturunda çox az göstərilir. Əvəzində bu sahələrə ayrılan vəsaitlərin əsas hissəsi büdcənin “digər xərclər” kateqoriyasına daxil edilərək gizli şəkildə mənimsənilir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib