Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın səngiməyən siyasi və hərbi təxribatlarına göz yummaq ədalətsizlikdir - Şərh

Ermənistanın səngiməyən siyasi və hərbi təxribatlarına göz yummaq ədalətsizlikdir -  Şərh

Bakı, 26 mart, AZƏRTAC

Postmünaqişə dövrünün reallıqları belə deməyə əsas verir ki, Ermənistan havadarlarının dəstəyinə arxalanaraq bu gün də Azərbaycana qarşı ərazi iddiası abu-havasındadır. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın biabırçı kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanması ilə hər iki tərəfin üzərinə öhdəliklər qoyuldu. Azərbaycan bu öhdəlikləri yüksək səviyyədə yerinə yetirərək, hətta 30 illik işğal dövründə ermənilərin xalqımıza qarşı törətdikləri faciələrə rəğmən münasibətlərdə yeni səhifənin açılması, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh müqaviləsinin imzalanması təklifini etdi. Artıq o vaxtdan iki ildən çox zaman keçsə də Ermənistan bu istiqamətdə hər hansı konkret addım atmayıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dəfələrlə üçtərəfli formatda görüşlər keçirildi. Bu görüşlərin hər birində əldə olunan razılaşma sülh müqaviləsinin tezliklə imzalanacağı barədə proqnozlar səsləndirməyə əsas verdi. 2022-ci ildə Praqa və Soçidə keçirilən görüşlərdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, işğalçı dövlət hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb. Bu gün də Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi hissəsində qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır. Bütün bunlar azmış kimi Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliyin icrasından da yayınır. Bu sadalananlar Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı Bəyanatın müddəalarını kobudcasına pozması deməkdir. Halbuki, işğalçı dövlət bu destruktiv əməllərinə görə məsuliyyət daşımalıdır. 30 illik işğal dövründə dünya təcavüzkar ölkənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, hazırkı postmünaqişə mərhələsində isə 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlardan irəli gələn öhdəliklərinin icrasına göz yummaqla Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarını davam etdirməsinə şərait yaratmış olur. Təəssüf ki, bu gün 44 günlük İkinci Qarabağ müharibəsində aldığı dərsdən nəticə çıxarmayan Ermənistanda revanşist qüvvələrin baş qaldırmasına, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirilməsinə dəstək verənlərin mövcudluğu inkaredilməz faktlardır. Görünür, bəzi dünya gücləri ikili standartlara əsaslanan siyasətlərinin hansı faciələrə gətirib çıxaracağını təsəvvür etmirlər. Məlumdur ki, 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsində kağız üzərində ədalətin və beynəlxalq hüququn tərəfində olub, reallıqda isə maraqlarının arxasınca gedən bəzi güclərin Ermənistana dəstəkləri az rol oynamadı. Azərbaycan yenə də ədalətə söykənərək BMT Nizamnaməsinə uyğun olaraq öz ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etdi. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin Tərtər rayonunun Talış kəndindən səsləndirdiyi bu mesaj Ermənistana və havadarlarına ciddi çağırış olmalıdır: “Əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan öz suveren ərazilərinə Ermənistandan gizli yollarla silah-sursat və canlı qüvvə daşınmasına göz yummaq niyyətində olmadığını dəfələrlə ən yüksək tribunalardan bəyan edib. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları 2020-ci il tarixli 10 noyabr üçtərəfli Bəyanatın 4-cü bəndində sülhməramlıların bölgədə qalma müddəti göstərilib. Burada əsas məsələ sülhməramlıların başlıca missiyasının sülhyaratma əməliyyatına yardım göstərməkdən, Bəyanatın icrasını təmin etməkdən ibarət olmasıdır. Sözügedən sənəddə onların konkret vəzifələri də qeyd olunub. Lakin son hadisələr bir daha Rusiya sülhməramlılarının hələ də öz missiyalarının “nədən” ibarət olduğunu dərk etmək istəmədiklərinə işıq salır. Ermənistandan gizli yollarla Azərbaycan ərazisinə silah-sursat daşınır, Rusiya sülhməramlıları isə təəssüf ki, bütün bunları görməzdən gəlir. Şübhəsiz, Rusiya sülhməramlı kontingentinin bu anlaşılmaz addımları, hətta əksər hallarda Ermənistana və Qarabağdakı separatçılara cinayət əməllərini reallaşdırmaqda kömək etməsi çoxsaylı sualların yaranmasına, onlara qarşı Azərbaycan tərəfinin etimadının tükənməsinə səbəb olmaya bilməz. Görünən budur ki, sülhməramlı kontingentin köməyi ilə Qarabağdakı separatçılar mütəmadi olaraq silah-sursatla təmin edilir.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, martın 21-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin, martın 25-də isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevlə telefon danışıqlarında da dövlət başçısı Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə işğalçı ölkənin silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olmasının ciddi narahatlıq doğurduğunu, bu xüsusda Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusi vurğuladı. Bu mühüm məqam da diqqətə çatdırıldı ki, Ermənistan tərəfi Avropa İttifaqının bu ölkədə missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürüdür. Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri atəşkəsi intensiv şəkildə pozur.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarından, həmçinin üçtərəfli Bəyanata zidd əməllərindən dərhal sonra dünya güclərinin narahatlığı və bunu Prezident İlham Əliyevə telefon zəngləri ilə ifadə etmələri bu qənaətə gəlməyə əsas verir ki, beynəlxalq ictimaiyyət Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Eyni zamanda, işğalçı dövlətin siyasi və hərbi təxribatları beynəlxalq səviyyədə birmənalı qarşılanmır. Son iki ildən artıq dövrün reallıqlarından biri də məhz budur: Ermənistan havadarlarına arxalanaraq təxribatlar, qanunsuz əməllər törədir, əksər dünya gücləri isə yaranmış gərginliyin aradan qaldırılması üçün səylərini əsirgəməyəcəklərini bildirsələr də bu istiqamətdə konkret addımlar atmırlar. Artıq bu səylərin reallaşması üçün sözdən əmələ keçməyin zamanıdır. Əgər zamanında dünya gücləri Ermənistana BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasına, beynəlxalq hüququn prinsiplərinə məhəl qoymadığına görə sanksiyalar tətbiq etsəydilər, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunardı. Bu gün artıq bəyanatların saralmış kağız üzərində qalması zamanı deyil. Gələcəkdə baş verə biləcək istənilən qarşıdurmaya görə məsuliyyət Ermənistanın üzərinə düşür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib