Ərzurumda bəzi məktəb və prospektlərə “Xocalı” və “Qarabağ” adları verilməlidir
Bakı, 29 fevral (AZƏRTAC). Türkiyədə bəzi məktəb və prospektlərə “Xocalı” və “Qarabağ” adları verilməlidir.
AZƏRTAC xəbər verir ki, bu təklif “Günəş” Vəqfinin rəhbəri professor Alpaslan Ceylan Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı yaydığı məlumatda qeyd olunmuşdur.
A.Ceylan bildirmişdir ki, 1992-ci il fevralın 26-sı nəinki Azərbaycan, bütün türk dünyası üçün hüzn, kədər günüdür. Bu tarixdə erməni faşistləri yüzlərlə azərbaycanlını Xocalıda vəhşicəsinə qətlə yetirmişlər. Bu isə Azərbaycan və bütün türk dünyası vətəndaşlarının qəlbində dərin yaralar açmışdır. Yaddaşlarda dərin izlər qoymuş bu cür hadisələri xatırlamaq və yaşatmaq hamımızın borcudur. Buna görə erməni vəhşiliyini yaxından tanıyan Ərzurum kimi bir şəhərdə fəaliyyət göstərən məktəblərə, prospekt və küçələrə “Xocalı” və “Qarabağ” adlarının verilməsi daha məqsədəuyğun olardı. Bununla əlaqədar olaraq Günəş Vəqfi şəhərin təhsil şöbəsinə, bələdiyyəsinə və müxtəlif dövlət qurumlarına müraciət edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]