Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əskişəhərdə “100-cü ilində Azərbaycan Cümhuriyyəti” adlı beynəlxalq konqres keçirilir

Əskişəhər, 27 may, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü tədbirləri çərçivəsində mayın 26-da Əskişəhərdəki Anadolu Universitetində “100-cü ilində Azərbaycan Cümhuriyyəti” adlı beynəlxalq konqres işə başlayıb. Konqres Əskişəhər Azərbaycanlılar Dərnəyi və Anadolu Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin (TÜDAM) təşkilatçılığı, Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin (INDEX) və Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) dəstəyi ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından bəhs edən, həmçinin Türkiyədə təhsil alan türk dünyası gənclərinin cümhuriyyətimizin 100-cü ildönümü münasibətilə təbriklərindən ibarət videoçarxlar nümayiş olunub.

Əskişəhər Azərbaycanlılar Dərnəyinin Nəzarət Komitəsinin rəhbəri Rza Məmmədov 100 illik tarixin iqtisadi, sosial, siyasi və mədəni baxımdan müzakirə olunacağı beynəlxalq konqresi barədə məlumat verib. Konqresə müraciətlərin seçilməsinin iki mərhələdə aparıldığını, ilk mərhələdə 13 ölkədən 542 müraciət alındığını söyləyib. 217 məqalə xülasəsinin ikinci mərhələyə keçdiyini, qiymətləndirmə nəticəsində 60 məqalənin konqresin proqramına daxil edildiyini bildirib. Bu məqalələr Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Respublikasından olmaqla 39 universitet və iki ictimai təşkilat nümayəndələrinə məxsusdur.

Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın konqresə qatılan hər kəsə təşəkkürünü bildirərək deyib ki, dərnəyin yeganə məqsədi vahid Azərbaycana xidmət etmək, ölkəmizin gələcəyə güclü və sağlam addımlarla irəliləməsi üçün əlindən gələni ortaya qoymaqdır: “Bu xidmətlərin beynəlxalq ölçüsü olan bu konqres, Azərbaycanın 100-cü ilini elmi dillə əks etdirən və gələcək nəsillərə ötürmək imkanı verən layihəmizdir. Konqresdə Azərbaycanın 1918-1920-ci illərini, sovet dövrü və müstəqillik dövrünü geniş şəkildə əks etdirən çalışmalar yer almaqdadır”.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar tarixə nəzər salanda Türkiyə və Azərbaycanın sevincini və kədərini birgə paylaşdığını qeyd edərək deyib: “Çanaqqalada yurdumuz işğal altında ikən oradaki minlərlə şəhid arasında könüllü olaraq Türkiyənin işğal altındakı torpaqlarını qurtarmaq üçün gəlib canını fəda edən azərbaycanlılar vardı. 1918-ci ildə isə Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak qüvvələrindən azad etmişdi”.

Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Qurban bu il Şərqdə ilk demokratik cümhuriyyət quran Azərbaycanın və Bakını bolşevik-daşnak qüvvələrindən azad etmək üçün Azərbaycana gedən Qafqaz İslam Ordusunun zəfərinin 100-cü ildönümü olduğunu vurğulayaraq belə elmi toplantıların təşkilinin önəmini qeyd edib.

“Bir millət, iki dövlət” ifadəsini diqqətə çatdıran Anadolu Universitetinin rektoru Naci Gündoğan Azərbaycanın 100-cü ilində belə bir tədbirə ev sahibliyi etməkdən qürur duyduqlarını söyləyib.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasının Azərbaycan xalqının həyatında böyük və çox əhəmiyyətli bir hadisə olduğunu söyləyib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddinə qədər çalışaraq ləyaqətlə yerinə yetirib. Azərbaycanın ilk Parlamenti və hökuməti, dövlət quruluşu yaradılıb, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi qəbul edilib, dövlət quruculuğu sahəsində ciddi addımlar atılıb. Azərbaycanın ilk universiteti təsis olunub, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai düşüncə tarixi baxımından müstəsna əhəmiyyəti olan digər işlər görülüb.

“Azərbaycan xalqı 1991-ci ildə məhz bu tarixi miras üzərində yeni müstəqil Azərbaycan dövlətini qurmağa başladı. Xalqımızın ulu öndəri Heydər Əliyev müasir Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək, ənənələri uğurla davam etdirdi, uğurlu siyasəti sayəsində müstəqilliyimizi qorudu və gücləndirdi”, - deyə Nəcibə Nəsibova vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev qeyd edib ki, bu gün Azərbaycanın və Türkiyənin dünya ölkələri arasında sözünün keçərli olmasının səbəbi ölkələrimizin güclü və çiyin-çiyinə olmasıdır. İstər diasporumuzun, istərsə də dünyanın müxtəlif ölkələrində təhsil alan tələbələrimizin üzərinə düşən ən böyük vəzifə də istər Azərbaycanın, istərsə də Türkiyənin qarşılaşdıqları problemləri önə çəkməkdir.

Əskişəhər valisi Özdemir Çakacak bildirib ki, Türkiyə ilə əlaqələrini “Bir millət, iki dövlət” prinsipi üzərində quran Azərbaycan 1991-ci ildə ikinci dəfə müstəqilliyini elan etdikdən sonra hər bir sahədə böyük uğurlara imza atıb. Qeyd edib ki, qardaş Azərbaycanın bu uğurunda, 100 il əvvəl təməli qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin də böyük payı var.

Açılışdan sonra konqres işini panellərlə davam edib. İki günlük konqresdə “1918-dən 1920-yə Azərbaycan”, “Turizm”, “Tarixi şəxsiyyətlər”, “Mədəniyyət və siyasət”, “Cəmiyyət və mədəniyyət”, “Təhsil”, “Tarix və ədəbiyyat”, “Fəlsəfə”, “Dil və ədəbiyyat”, “Türklük”, “Siyasət və idarəçilik”, “Mətbuat”, “İqtisadiyyat” və “Tarix və mədəniyyət” panellərində ümumilikdə 60 çıxış dinləniləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir