Azərbaycan Dövlət İnformasiya Agentliyi

“ƏSRİN MÜQAVİLƏSİ”NDƏN BAKI BƏYANNAMƏSİNƏ

IV Bakı enerji sammiti ölkəmizin ən yeni tarixinə ayrıca bir sətir kimi daxil olacaqdır. Əlamətdar haldır ki, bu sammit Avropa İttifaqının Nitsa sammiti, Vaşinqtonda bütün planeti bürümüş qlobal maliyyə-iqtisadi böhrandan çıxış yollarının müzakirə olunduğu “Böyük iyirmilik” liderlərinin görüşü kimi böyük hadisələrlə eyni vaxta düşmüşdür. Analitiklərin çoxu təkcə gərgin beynəlxalq təqvimdə bir neçə hadisənin eyni vaxta düşməsini deyil, həm də Xəzər sahillərində keçirilən görüşün gündəliyinə daxil edilmiş enerji təhlükəsizliyi probleminin xüsusi əhəmiyyətini vurğulayır. XXI əsrin çağırışlarına aid edilən bu problemi enerji resurslarını ixrac edən dövlətlərlə yanaşı, tranzit və istehlakçı dövlətlərin qüvvə və imkanlarını birləşdirmədən həll etmək mümkün deyildir.

“Gülüstan” sarayında açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edən 20-dən çox dövlətin və beynəlxalq təşkilatların rəhbərlərinə müraciətlə əmin olduğunu bildirmişdir ki, sammit bizim gələcək birgə fəaliyyətimizdə mühüm mərhələ olacaqdır. Azərbaycan lideri demişdir: “Bizi ayıran yox, birləşdirən layihələrin həyata keçirilməsinə töhfə verməyə hazırıq. Enerji siyasəti ölkələrimiz arasında daha çox proqnozlaşdırmanı, əməkdaşlığı və dostluğu təmin edə bilər və etməlidir. Əminəm ki, elə bu nəticə sammitin əsas nailiyyəti olacaqdır”.

Görüşdə xüsusi vurğulanmışdır ki, onun təşkilatçısı - Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra keçən müddətdə təkcə regional səviyyədə deyil, dünya səviyyəsində də yüksək nüfuz qazanmışdır, enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində aparıcı rol oynayır. Hazırda bu amil xarici siyasətin, milli təhlükəsizliyin, iqtisadi rifahın və qlobal sabitliyin mühüm tərkib hissəsinə çevrilmişdir.

Azərbaycanın inkişafı əyani şəkildə göstərir ki, mükəmməl rəhbərlik, əsrin problemlərinə hərtərəfli yanaşma sayəsində ölkə çətinliklərini aradan qaldıraraq, tərəqqiyə doğru irəliləyə bilər. Gürcüstan Prezidenti Mixeil Saakaşvili bu mövzuya toxunaraq demişdir: “Hesab edirəm ki, Azərbaycan bizi bir araya gətirən mühüm mərkəzdir. Bu ölkə nəinki öz maraqlarının, həm də ümumavropa maraqlarının təşviq olunmasında strateji baxışlara və mövqelərə malikdir… Azərbaycanın qazandığı uğurlar digər hasilatçılar üçün, eləcə də bir çox başqa ölkələr üçün yaxşı nümunədir”.

Türkiyə Prezidenti Abdullah Gül də bu fikri davam etdirərək xüsusi vurğulamışdır ki, onun ölkəsi enerji sahəsində qarşılıqlı müstəqilliyimizi region ölkələri üçün faydalı əməkdaşlığa transformasiya etmək istəyir. Prezident əmin olduğunu bildirmişdir ki, bu yolla enerjiyə tələbatımızı təmin etməklə bərabər, Avropa ölkələrinin enerji təhlükəsizliyinə böyük fayda verərik.

Litva Prezidenti Valdas Adamkus Azərbaycanın regionda mövqeyinin güclənməsini vurğulayaraq, ölkəmizin xüsusi rolunu qeyd etmişdir. O demişdir ki, bu gün Avropa İttifaqı Azərbaycanı özünün strateji tərəfdaşı hesab etməlidir. Buna çox səbəblər göstərə bilərəm.

Bu səbəblərin çoxu forumda qəbul edilmiş Bakı Bəyannaməsində göstərilmişdir. Müşahidəçilər bir məqama diqqət yetirirlər ki, bu mühüm sənədi əvvəlki üç sammitlə müqayisədə daha çox ölkənin liderləri, o cümlədən ilk dəfə olaraq, Avropa Komissiyasının nümayəndəsi imzalamışlar.

Bəyannamədə deyilir ki, Bakı sammitinin iştirakçıları enerji daşıyıcılarının və onların beynəlxalq bazarlara çatdırılmasının qlobal siyasi və iqtisadi proseslərdə artmaqda olan rolunu nəzərə alaraq, enerji daşıyıcılarının dünya bazarlarına sabit şəkildə göndərilməsinin və onların nəqlinin təhlükəsizliyinin davamlı inkişafın ən mühüm və zəruri amili kimi bütün beynəlxalq birliyin mənafelərinə uyğun olmasını qeyd edərək, karbohidrogen mənbələrinin və onların istehlakçılara nəql edilməsi yollarının bazar iqtisadiyyatı, şəffaflıq, azad rəqabət və qarşılıqlı faydalılıq prinsipləri əsasında şaxələndirilməsinə tərəfdar olduğumuzu bildirərək, Xəzər regionunun karbohidrogen ehtiyatlarının mənimsənilməsi və enerji daşıyıcılarının beynəlxalq bazarlara nəql edilməsinin iri mərkəzlərdən biri və Avrasiya Neft Nəqli Dəhlizi sistemində ən mühüm element olmasını təsdiqləyirlər.

Enerji sammiti ölkəmizdə neft-qazçıxarma sahəsinin müasir səviyyəyə çatdırılması üçün görülmüş möhtəşəm işlərə müəyyən yekun vurmaq, ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının həyata keçirilməsinin gedişini, bu nadir proqramla bağlı sanballı nailiyyətləri retrospektiv təhlil etmək üçün gözəl imkan oldu.

Bu baxımdan, Amerika Birləşmiş Ştatlarının energetika naziri Samuel Bodmanın aşağıdakı sözləri əlamətdardır: “Bu enerji sammiti Azərbaycanın neft ehtiyatlarının dünya bazarlarına nəql edilməsinə imkan yaratmış “Əsrin müqaviləsi”nin imzalanmasından etibarən başlanmış faydalı nəticələrin ən yenisidir. Bu müqavilə regionun nəhəng enerji ehtiyatlarının uğurlu şəkildə hasilatçı və istehlakçıların xeyrinə işlənilməsi yolunda ilk addım olmuşdur”. Amerika naziri ümid etdiyini bildirmişdir ki, iqtisadi böhrana baxmayaraq, bu uğurlar davam edəcəkdir.

Şərhçilər qeyd edirlər ki, Azərbaycan bu sammitdə özünü qüvvə və imkanlarına güvənən dövlət, bərabər hüquqlu tərəfdaş və beynəlxalq bazarın layiqli iştirakçısı kimi göstərirdi. Buna görə də Prezident İlham Əliyevin yüksək emossionallığı tamamilə başa düşülən və qanunauyğundur: “İftixar hissi ilə deyə bilərəm ki, Azərbaycanda başladığımız layihələr daha geniş enerji əməkdaşlığına yol açır... Biz enerji təhlükəsizliyinə, iqtisadi sabitliyə nail olduq. Bunun nəticəsində, müstəqilliyimizi möhkəmləndirdik və müstəqil siyasət həyata keçirmək imkanı əldə etdik”.

Bu yolun nə qədər çətin olması, məsələn Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin necə mürəkkəb şəraitdə həyata keçirilməsi hamımızın yadındadır. İndi bu marşrut reallıqdır. Öz coğrafi mövqeyinə görə dünya və Avropa bazarlarına birbaşa çıxışı olmayan respublikamızın nefti artıq üç neft kəməri vasitəsilə dünyanın bütün guşələrindəki istehlakçılara çatdırılır. BTC kəməri istismara verilən gündən bəri təkcə Ceyhan limanından 607 tankerlə 63 milyon tondan çox Azərbaycan nefti daşınmışdır.

Bədbinlər Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisini də az qala əfsanə adlandırırdılar. Onlar bu dəfə də yanıldılar. Azərbaycan nəinki öz daxili ehtiyaclarını müstəqil təmin etməklə “mavi yanacaq” idxalına son qoymuş, həm də təbii qaz ixrac edən ölkəyə çevrilməkdədir. Ekspertlərin hesablamalarına görə, kəşf edilmiş iri yataqlardakı qaz ehtiyatımız hələ təxminən yüz il həm ölkəmizin öz ehtiyaclarını, həm də əcnəbi istehlakçıların tələbatını təmin etməyə kifayətdir.

Bakı Bəyannaməsinin ayrıca bir maddəsi Azərbaycandan enerji ehtiyatlarının beynəlxalq bazara çatdırılmasını səmərəli şəkildə təmin edən boru kəmərlərinin müsbət təcrübəsinə uğurlu fəaliyyətinə bundan istifadənin zəruriliyinə həsr edilmişdir.

Sammit iştirakçıları karbohidrogen ehtiyatlarının etibarlı və təhlükəsiz nəqlini təmin etmək üçün iştirakçı ölkələrin səylərini birləşdirmək məqsədi ilə Xəzər-Qara dəniz-Baltik dənizi enerji tranziti məkanının yaradılması təşəbbüsünü alqışlamış, bu işin davam etdirilməsinin vacibliyini bildirmişlər.

Ekspertlərin fikrincə, söhbət ondan gedir ki, 2020-2030-cu illərdə Avropa İttifaqına enerji ehtiyatlarının 90 faizə qədəri məhz kənardan gətiriləcəkdir. Buna görə də bir çox ölkələr artıq indidən yaxın gələcək barədə düşünür, ümidlərini həm də Xəzər regionu ilə bağlayırlar. Sammitdə vurğulandığı kimi, Azərbaycandakı iri yataqlar təbii qaz təchizatı sahəsində qlobal irəliləyişə nail olmağa imkan verəcəkdir.

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Andris Piebalqs demişdir ki, biz belə bir faktı tam etiraf edir və qiymətləndiririk ki, Azərbaycan enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi və təhlükəsizliyi sahəsində çətin və cəsarətli qərarlar qəbul etmişdir. Enerji təhlükəsizliyi sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığa toxunan Avropa İttifaqının komissarı artıq formalaşdırılmış mexanizmlərdən istifadə etməyin, infrastrukturun təkmilləşdirilməsinin zəruriliyini vurğulamışdır. O, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanmış memorandumun əhəmiyyətini də vurğulamışdır.

Əvvəlki üç sammitdə olduğu kimi, Bakı görüşündə də 500 kilometrlik Odessa-Brodı-Qdansk neft kəməri layihəsindən söhbət getmişdir. Bu dəfə Baltikyanı dövlətlərin liderləri layihəni fəal dəstəkləmişlər, Ukrayna Prezidenti Viktor Yuşşenko isə xüsusi vurğulamışdır ki, bu layihə təkcə onun ölkəsi üçün deyil, həm də region və Avropa məkanı üçün öncül məsələdir.

Avropa İttifaqının siyasi cəhətdən dəstəklədiyi layihənin birinci hissəsinin dəyəri azı 1 milyard dollardır. Ekspertlərdən birinin dediyinə görə, boru kəməri hələlik revers rejimində işləyir. Ancaq gələcəkdə Xəzərin dibi ilə Qazaxıstandan Bakıyadək, sonra Gürcüstanın Qara dənizdəki Supsa limanından Ukraynanın Odessa şəhərinədək, Brodıdan Polşaya və oradan Almaniyaya boru xətti çəkilsə, beynəlxalq standartlar baxımından yetərincə ciddi neft kəməri yarana bilər.

Aydındır ki, forumda iştirak edən Mərkəzi və Cənubi Avropa ölkələrinin nümayəndələri Nabukko qaz layihəsi məsələsini daha fəal qaldırırdılar. 4 min kilometr uzunluğunda bu qaz kəməri ilə Azərbaycan və Orta Asiya qazının Cənubi Qafqazdan və Türkiyədən keçməklə Bolqarıstan, Macarıstan, Rumıniya, Avstriya və Fransaya nəqlini təmin etmək nəzərdə tutulur. Kəmərin 2010-cu ildə işə salınması planlaşdırılır.

Bakı sammiti zamanı iştirakçıların məmnunluqla qarşıladığı iki hadisə baş verdi. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Qazaxıstanın “QazMunayQaz” şirkəti transxəzər layihəsinin həyata keçirilməsinin əsas prinsipləri barədə saziş imzaladılar.

Bu sənəd birgə layihə şirkətinin yaradılması və maliyyələşdirilməsini, tariflərin, istifadə şərtlərinin müəyyən edilməsini və transxəzər sisteminin mərhələli inkişafını nəzərdə tutur. Layihənin uğurla həyata keçirilməsi neftin Xəzər dənizinin Azərbaycan və Qazaxıstan sahillərindəki terminallar vasitəsilə, sonra Bakı-Tbilisi-Ceyhan boru kəmərindən, habelə digər infrastrukturlardan istifadə etməklə uzunmüddətli və etibarlı nəqli sistemini yaratmağa imkan verəcəkdir. Transxəzər sisteminin ilkin mərhələdə gündə 500 min barrel (ildə 23 milyon ton), sonra gücləri artıraraq, gündə 750 min - 1,2 milyon barrel (ildə 35-56 milyon ton) neft nəqlini təmin edəcəyi planlaşdırılır.

ARDNŞ-in Gürcüstanın Energetika Nazirliyi ilə imzaladığı Memorandum isə 2009-cu ildən başlayaraq 5 il ərzində şirkətimizin bu ölkənin qaz bazarında fəal rolunu təmin etməyə imkan verəcəkdir. Törəmə şirkət yaradılacaq və Gürcüstan hökumətinin təyin etdiyi müəyyən bir qrup istehlakçıların mavi yanacaqla təmin etmək üçün biznes fəaliyyəti göstərəcəkdir. ARDNŞ bu bazarda həm də ciddi surətdə distribüter fəaliyyəti ilə məşğul olmaq niyyətindədir.

Enerji layihələri ölkələri ayırmalı deyil, birləşdirməlidir. Prezident İlham Əliyevin Bakı forumunun açılışında söylədiyi bu fikir sammitin özünəməxsus devizinə çevrilmişdir. Bu fikir yekun Bəyannaməsində də öz əksini tapmışdır. Sənəddə xüsusi vurğulanmışdır ki, sammit iştirakçıları ölkələrin enerji təhlükəsizliyinin möhkəmlənməsinə yönəldilmiş birgə layihələrin həyata keçirilməsi üçün fəaliyyətin əlaqələndirilməsinə yönəlmiş səyləri davam etdirmək barədə razılığa gəlmişlər.

Bir ildən sonra Tbilisidə keçiriləcək beşinci sammitdə bu istiqamətdə yeni konkret addımlardan və ideyalardan söhbət gedəcəkdir.

Vladimir Morozkov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub