ESTONİYADA YAŞAYAN HƏMVƏTƏNLƏRİMİZİN BÖYÜK PLANLARI
Tallinn, 12 yanvar (AZƏRTAC). Estoniyanın novosti.err.ee internet-portalının verdiyi xəbərə görə, Tallinndə Uşaq Ədəbiyyatı Mərkəzində həmin ölkənin Mədəniyyət Nazirliyi nəzdindəki Milli Azlıqlar Şurası üzvlərinin şərəfinə yeni il qəbulu təşkil edilmişdir.
Estoniyanın mədəniyyət naziri Layne Yanes bildirmişdir ki, Köhnəşəhərdəki bu uşaq kitabı evi görüş üçün təsadüfi seçilməmişdir. 2010-cu il Mədəniyyət Nazirliyi tərəfindən “Qiraət ili” elan edilmişdir. Hər şey isə nağıldan və uşaq kitablarından başlayır. Xanım Yanes demişdir: “İstəyirik ki, Estoniyada yaşayan müxtəlif xalqların nümayəndələri öz doğma dillərində daha çox ədəbiyyat nümunələri oxusunlar”.
Türk Xalqları Assosiyasının prezidenti Yaqub Yaqubov bu ilin birinci rübündə Azərbaycan alimləri və yazıçıları ilə keçiriləcək görüş barədə məlumat vermişdir. Cari ildə, həmçinin Qafqaz xalqları poeziyası gecəsi keçiriləcəkdir. İyun ayında Milli Kitabxanada Azərbaycan rəssamı Marqarita Kərimovanın sərgisi təşkil ediləcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [22:04]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [22:02]
Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər
- 14.10.2026 [21:48]