Esvatini Krallığının Baş naziri COVID-19-dan həyatını itirib
Qahirə, 14 dekabr, AZƏRTAC
Afrikanın cənubunda yerləşən Esvatini Krallığının (2018-ci ilədək Svazilend Krallığı adlanıb) Baş naziri Mandvulo Dlamini Cənubi Afrika Respublikasındakı (CAR) xəstəxanada həyatını itirib. AZƏRTAC xəbər verir ki, 52 yaşlı hökumət başçısı COVID-19-dan müalicə olunurdu.
Həkimlərin söylədiyinə görə, mərhum Baş Nazir noyabrda yoluxduğu virusdan sonra ciddi müalicə almaqdan imtina etmişdi. Vəziyyətinin daha da ağırlaşdığı bir vaxtda isə onu qonşu CAR-dakı xəstəxanaya gətiriblər və burada həyatını itirib. Mandvulo hökumətə başçılıq etməzdən əvvəl 18 il ərzində Krallığın Mərkəzi Bankına rəhbərlik edib.
Ümumilikdə isə dekabrın 14-nə olan məlumatda Afrika qitəsində 2 milyon 400 min insanın COVID-19-a yoluxduğu, 56 mindən çox pasiyentin isə öldüyü bildirilir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]
Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb
- 10.08.2026 [12:49]
Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb
- 10.08.2026 [11:59]
Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB
- 10.08.2026 [11:40]
Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]