“Eternity - 2019” təlimində iştirak edəcək heyət üçün mədəni-kütləvi tədbir keçirilib
Bakı, 1 sentyabr, AZƏRTAC
“Eternity - 2019” təlimində iştirak edəcək Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçuları üçün Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə konsert proqramı təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan xalq mahnıları, hərbi marşlar və müxtəlif xalqların musiqiləri səsləndirilib, o cümlədən rəngarəng rəqslər təqdim olunub.