Etirazçılar ABŞ və Cənubi Koreya liderlərinin görüşünü pozmağa cəhd ediblər
Bakı, 29 oktyabr, AZƏRTAC
Etirazçılar ABŞ və Cənubi Koreya prezidentləri Donald Tramp və Li Çje Men arasında keçirilən görüşü pozmağa çalışıblar.
AZƏRTAC xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, ABŞ Prezidentinə qarşı etiraz edən fəallar Kyoncu şəhərində görüşün keçirildiyi Milli Muzeyə girməyə cəhd ediblər. Əllərində “Trampa yox” şüarı yazılmış lövhələr tutan 70-ə yaxın etirazçı polis kordonunu keçərək təxminən 200-300 metr irəliləyiblər. Hadisə görüş başlamadan öncə baş verib. Agentliyin məlumatına görə, insident nəticəsində xəsarət alanlar olmasa da, polislə fiziki toqquşma qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]