Ətraf mühitə dəymiş ziyana görə məhkəmələrə 4 iş göndərilib
Bakı, 20 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən iyunun 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində qanun pozuntuları aşkarlanıb. Ekoloji pozuntulara görə 117 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 25 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə 17 iş üzrə 31700 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 4 iş üzrə 5352.45 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 249 iş üzrə 38864.77 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 18, icra qurumlarına 9, məhkəmələrə isə 4 iş göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]