Ətraf mühitin mühafizəsi ilə bağlı videoçarx hazırlanmışdır
Bakı, 5 oktyabr (AZƏRTAC). Azərbaycan Gənc Mütəxəssislərin Hüquqlarını Müdafiə Cəmiyyəti “Ətraf mühitin mühafizəsinə həsr olunmuş videoçarxın hazırlanması” layihəsini davam etdirir.
Qurumdan AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində oktyabrın 5-də Bakı Atatürk liseyində “4 sual, 4 cavab” adlı videoçarx nümayiş etdirilmişdir.
QHT nümayəndələrinin, müəllimlər və şagirdlərin iştirak etdikləri tədbirdə bildirilmişdir ki, ekoloji videoçarxın çəkilişləri Hirkan, Göygöl, Şirvan, Qızılağac qoruqlarında, Xəzər dənizinin Azərbaycan akvatoriyasında, Abşeron vulkanlarının yerləşdiyi ərazilərdə, Qusar, Gədəbəy, Lerik rayonlarında, habelə Salyan-Neftçala ərazisində aparılmışdır.
Ətraf mühitin qorunmasına yönəlmiş videoçarxın ssenari müəllifi Eldar İskəndərzadə, quruluşçu rejissoru Vasif Məmmədzadə, operatoru Elxan Rüstəmov, səs rejissoru Rəşad Mustafayev, montaj rejissoru Elmar Vəliyevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.08.2026 [13:39]
Yaxın günlərdə hava şəraiti sabit və yağmursuz olacaq – PROQNOZ
- 21.08.2026 [12:18]
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq VİDEO
- 21.08.2026 [11:41]
Bakıda küləyin sürəti saniyədə 21 metrə çatır – FAKTİKİ HAVA
- 21.08.2026 [05:27]
Qrenlandiyada əriyən buzlaqlar balinalara yeni yaşayış sahələri açır
- 20.08.2026 [15:14]
Sabah axşamdan külək tədricən zəifləyəcək - PROQNOZ
- 20.08.2026 [12:38]
Azərbaycanın rayonlarında yağıntılar sabah gündüz tədricən kəsiləcək
- 20.08.2026 [12:38]
NOAA: El-Nino hadisəsinin rekord həddə çatma ehtimalı yüksəkdir
Bu saata olan əsas xəbərlər
- [12:00]
DSMF-nin xərcləri 9,8 faiz artıb
- [10:05]
“Qarabağ” Niderlandda "Tvente"ni minimal hesabla məğlub edib YENİLƏNİB -2
- 20.08.2026 [23:56]