Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ətraf mühitin mühafizəsində cəmiyyət böyük rol oynayır

Ətraf mühitin mühafizəsində cəmiyyət böyük rol oynayır

23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

Bakı, 22 may, AZƏRTAC

Prezident İlham Əliyevin 2007-ci il 16 may tarixli Sərəncamı ilə 23 may Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ekoloqların peşə bayramı ərəfəsində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev AZƏRTAC-a müsahibəsində ölkəmizdə ekoloji sağlamlaşdırma istiqamətində görülən işlərdən bəhs edib. Müsahibəni təqdim edirik.

- Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən biri ekoloji təhlükəsizliyin təmin edilməsidir. Son illər bu istiqamətdə görülən işlərin inkişaf dinamikası barədə nə deyə bilərsiniz?

- Dinamika müsbətdir. Öncə onu qeyd etməliyəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar çərçivəsində idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, optimallaşdırılmış və operativ fəaliyyətin həyata keçirilməsi məqsədilə nazirliyin strukturlarının yeni dövrün tələblərinə uyğunlaşdırılması prosesləri gedir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, sağlam ətraf mühitdə yaşaması, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə günün aktual məsələlərindəndir. Bu baxımdan Azərbaycan Respublikasının zəngin təbiətini qorumaq, bərpa etmək üçün yeni layihələrin həyata keçirilməsinə və ekoloji problemlərin həlli istiqamətində idarəetmə prosesində mövcud qabaqcıl informasiya texnologiyalarının tətbiqinə başlanılıb. Bir sıra xidmətlər “ASAN xidmət” vasitəsi ilə elektronlaşdırılıb, 2020-ci ildə nazirliyin göstərdiyi bütün xidmətlər üzrə elektronlaşma proqramı hazırlanır və həyata keçirilməsi nəzərdə tutulur.

- Paytaxtda və respublikamızın bölgələrində yaşıllaşdırma işləri geniş vüsət alıb. Nazirlik yeni yaşıllıq sahələrinin yaradılması üçün hansı layihələri planlaşdırır?

- Bildiyiniz kimi, uzun illər ərzində neft sənayesinin fəaliyyətindən əmələ gəlmiş tullantılar Abşeron yarımadasında bir sıra ərazilərin çirklənməsinə səbəb olub. Çirklənmiş ərazilərin bərpası əhalinin sağlamlığı üçün risklərin azaldılması, Bakı şəhərinin və ətraf qəsəbələrin inkişafı, təmizlənmiş ərazilərin iqtisadi dövriyyəyə qaytarılması baxımından zəruridir. Bununla əlaqədar çirklənmiş ərazilərin qiymətləndirilməsi, təmizlənməsi üsullarını və gələcək istifadə təyinatını müəyyən etmək üçün inventarlaşdırma işləri aparılıb. Heydər Əliyev Beynəlxalq Aeroportu ətrafında və Suraxanı rayonunda ərazilər lay suları, neft, duz, yod və digər çirkləndiricilərdən təmizlənərək burada həmişəyaşıl ağac və kol növlərindən ibarət yaşıllıqlar salınıb. Eləcə də, respublikanın magistral avtomobil yollarının mühafizə zolaqlarının külək və su eroziyasından mühafizəsi, estetik görünüşünün yaxşılaşdırılması məqsədilə yolların ətrafının yaşıllaşdırılması tədbirləri həyata keçirilir və qənaətcil suvarma şəbəkəsi qurulur. Abşeron yarımadasının 2020-2025-ci illər üçün yaşıllaşdırılması proqramına əsasən 10 min hektaradək ərazinin yaşıllaşdırılması planlaşdırılır.

Azmeşəli ölkə kimi meşələrin artırılması və mühafizəsi də prioritet istiqamətlərimizdəndir. 2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin yubileyi münasibətilə keçirilən aksiyada ölkə üzrə bir gündə 650 min ağac əkilib.

Meşəsalma fəaliyyəti ilə yanaşı, meşələrin mühafizəsi tədbirləri də gücləndirilir, meşə və qeyri-meşə fondu torpaqlarında meyvə bağlarının salınması istiqamətində tədbirlər davam etdirilir. Meşə ilə örtülü ərazilərin dəqiqləşdirilməsi üçün beynəlxalq təcrübələr əsasında inventarlaşma işlərinə başlamışıq və 10 illik müddət üçün Milli Meşə Proqramı hazırlanıb.

- Su problemi bu gün qlobal müstəvidə müzakirə olunan məsələlərdəndir. Azərbaycana gəlincə, ölkəmizdə su ehtiyatlarının idarə edilməsi sahəsində real vəziyyət necədir?

- İçməli suyun iqtisadiyyatın bir çox sahələrində, habelə insan həyatında vacibliyi hər kəsə məlumdur. Bu gün Azərbaycan öz ehtiyaclarını ödəməyə qadir olmasına baxmayaraq, bir çox qonşu dövlətlərlə müqayisədə daha az şirin su ehtiyatlarına malik ölkədir. Ölkənin coğrafi mövqeyi iqlim dəyişmələrinin təsirlərinə həssasdır. İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə azalıb və beynəlxalq iqlim modellərinə əsasən su ehtiyatlarının gələcəkdə də azalma ehtimalı var. Ölkə əhalisinin sayının artması, həyat standartlarının yüksəlməsi və suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsi səbəbindən suya olan tələbat getdikcə artır. Su ehtiyatlarının ölkə ərazisində qeyri-bərabər paylanması və region ölkələri ilə müqayisədə nisbətən azlığı, transsərhəd suların çirklənməsi, su təhlükəsizliyinə təhdidlərin olması və digər çətinliklər nəzərə alınaraq, beynəlxalq praktikaya uyğun olaraq sudan səmərəli istifadə edilməsi, suyun dəqiq uçotunun aparılması məsələləri hədəf kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncama uyğun olaraq, hazırda ölkənin davamlı sosial-iqtisadi inkişafında mühüm rolu olan su ehtiyatlarının istifadəsi və mühafizəsi sahəsində mövcud problemlərin həlli üçün təxirəsalınmaz tədbirlər davam etdirilir.

Eyni zamanda, iqlim dəyişmələrinə adekvat adaptasiya tədbirlərinin seçilməsi üçün gələcək iqlim dəyişmələri ssenariləri də hazırlanır. Təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin, həmçinin monitorinq və laboratoriya fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə maddi texniki baza modernləşdirilir. Avropa Ətraf Mühit Agentliyi ilə əməkdaşlıq çərçivəsində BMT-nin qəbul edilmiş təlimatlarına uyğun olaraq ölkə üzrə elektron su balansının yaradılmasına başlanılıb.

- Xəzərin ekoloji vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Bu gün nazirliyin fəaliyyət hədəflərindən biri də Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib. Dünyada karbohidrogen ehtiyatları və bioloji zənginliyi olan Xəzər dənizi unikal bir su hövzəsidir. Əfsuslar olsun ki, antropogen və təbii amillərin (qlobal iqlim dəyişiklikləri, dəniz səviyyəsinin tərəddüdü, çay axınının həddən artıq tənzimlənməsi, çirklənmə, qanunsuz balıq ovu, neft-qaz hasilatı və s.) təsiri Xəzər dənizi ekosisteminin deqradasiyasına gətirib çıxarıb, o cümlədən dənizin unikal ixtiofaunasında böyük dəyişikliklər baş verib. Xəzərin ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevrilməsi üçün tərəfimizdən mümkün olan bütün vasitələrdən istifadə olunur.

Yeri gəlmişkən qeyd edim ki, iqtisadiyyatın qida sektoruna aid olan balıqçılığın davamlı inkişafı da əsas prioritet istiqamətlərimizdən biridir. Təbii balıq ehtiyatlarının qorunması, balıqçılığın inkişafı, su hövzələrindən səmərəli istifadə edilməsi, bu sahədə normativ hüquqi bazanın və idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə addımlar atılır. Son iki il ərzində nərə cinsli və müxtəlif növ digər balıq və balıq məhsullarının sənaye məqsədilə istehsalını həyata keçirən bir sıra müasir müəssisələr yaradılıb. Əsas məqsədimiz yaxın illərdə ölkə əhalisinin balıq məhsullarına olan tələbatının ödənilməsi, idxaldan asılılığın azaldılması, iqtisadiyyatı sahil balıq ovundan asılı olan rayonların sosial-iqtisadi yüksəlişini təmin edən şirin su və dəniz hövzələrində balıq fermer təsərrüfatlarının inkişafıdır. Bütün bunlar son nəticədə təbii su hövzələrində balıqların, xüsusilə nərəkimilərin təbii populyasiyasına antropogen təzyiqin azalmasına gətirib çıxaracaq.

- Bu gün ekoloji cəhətdən narahatlıq doğuran və bütün ölkələrə xas olan problemlərdən biri də bərk məişət tullantıların idarə olunması ilə bağlıdır. Bəs bizdə vəziyyət necədir?

- Balaxanı poliqonunun müasir standartlara uyğun yenidən qurulması, bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodlarının istifadəyə verilməsi və çoxsaylı nəzarətsiz tullantı sahələrinin təmizlənməsi hesabına Bakıda müsbət dəyişikliklər baş verib. Lakin digər ərazilərdə, xüsusilə də iri yaşayış məntəqələrində məişət tullantılarının daşınması və yerləşdirilməsi narahatlıq doğurur. Bu problemin həll olunması üçün Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Bərk məişət tullantıların idarə olunmasının təkmilləşdirilməsinə dair Strategiya və Plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılmasına dair Tədbirlər Planı çərçivəsində İqtisadiyyat Nazirliyi ilə birlikdə regional poliqonların tikilməsi, tullantıların təkrar emal müəssisələrinə yönəldilməsi istiqamətində tədbirlər görülür, idarəetmə orqanları və özəl sektorla iş aparılır.

- Respublika ərazisindəki mövcud mineral xammal bazası və ondan səmərəli istifadə ilə bağlı hazırda hansı işlər aparılır?

- İqtisadi inkişaf, xüsusilə tikinti sektorunun xammala olan tələbatı ilə bağlı geoloji axtarış və kəşfiyyat işləri genişləndirilir. Mineral xammal bazasının qorunması və səmərəli istifadəsi sahəsində dövlət-sahibkar dialoqu platforması qurulub. Ölkə rəhbərliyinin təşəbbüsü ilə yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradılıb. Bu sahədə yaradılmış yeni idarəetmə strukturu faydalı qazıntıların kompleks istifadəsinə və bu sahədə əlverişli investisiya mühitinin yaradılmasına imkan verəcək.

- Ölkəmizdə ekoloji siyasətin mühüm istiqamətlərindən biri də mühafizə olunan təbiət ərazilərinin inkişafı ilə bağlıdır. Son illərdə bu sahədə hansı irəliləyişlərə nail olunub?

- Azərbaycan Respublikası Qafqaz ölkələri və bütövlükdə Avropa üzrə zəngin biomüxtəlifliyə malik olan ölkələrdəndir. Bu baxımdan ölkəmizdə biomüxtəlifliyin qorunması həm milli və regional, həm də qlobal əhəmiyyətə malikdir. Bu həm də ekoturizmin inkişafı və ölkənin tanıdılmasında böyük rol oynayır. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi olduğu IDEA İctimai Birliyinin fəaliyyətini xüsusi vurğulamaq istərdim. IDEA İctimai Birliyinin bu istiqamətdə gördüyü işləri, xüsusilə də ətraf mühitin mühafizəsi işinə gənclərin cəlb olunmalarını yüksək qiymətləndiririk. IDEA ilə birgə nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində aparılan işlər bu gün də davam edir. “Ceyranların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası layihəsi” çərçivəsində bu günədək 200-ə yaxın ceyran öz təbii areallarına buraxılıb. Bundan əlavə, ötən il Şahdağ Milli Parkının ərazisində Almaniya, Fransa və Belçika zooparklarından 12 baş Avropa bizonu gətirilərək bir müddət qapalı volyer şəraitində saxlanıldıqdan sonra vəhşi təbiətə buraxılıb. Hazırda IDEA İctimai Birliyi ilə birlikdə daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş yeni genişmiqyaslı “Zəngin hövzələr” layihəsinin icrasına başlanılıb.

Ötən il Azərbaycan Prezidentinin Fərmanı ilə Qızılağac Milli Parkı yaradılıb, həmçinin Zaqatala-Balakən regionunda ölkədə ilk biosfer qoruğun yaradılması və turizm potensialı olan ərazilərdə ekoturizmin inkişaf etdirilməsi istiqamətində işlər aparılır. Azərbaycan Respublikasının geoloji, coğrafi, tarixi və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin qorunması istiqamətində UNESCO ilə əməkdaşlıq genişləndirilir. Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi, Qlobal Geoparklar təşəbbüsü çərçivəsində beynəlxalq geoloji əhəmiyyətə malik ərazi kimi müəyyənləşdirilməsi ilə bağlı intensiv tədbirlər həyata keçirilir.

Ümumiyyətlə Azərbaycan təbiətinin yerli və beynəlxalq səviyyədə təşviqatının gücləndirilməsi məqsədilə sektorlararası əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verilir.

- Muxtar müəllim, ekoloqların peşə bayramı ərəfəsindəsiniz. Bugünkü uğurlar gələcəklə bağlı hansı təsəvvürləri yaradır?

- Qarşıdakı illərdə görüləcək işlər çoxdur. Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları yüksək səviyyədə həyata keçirmək üçün nazirlik üzərinə düşən vəzifənin layiqincə yerinə yetirməyə çalışır. Sevindirici haldır ki, ekoloji durumun yaxşılaşdırılması ilə bağlı məsələlərdə ictimai qınaq mexanizmi formalaşır, vətəndaş mövqeyi nümayiş etdirilir və insanların təbiətlə münasibətlərində müsbət dəyişikliklər öz bəhrəsini verir. Hesab edirik ki, ictimaiyyətin bu işlərdə sərt mövqeyi bizim işimizə ən böyük köməkdir. Problemləri birlikdə həll etməliyik və bu işdə ictimaiyyətdən daim dəstək gözləyirik.

Hər bir xalq özünün gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsil ilə bağlayır. Bu baxımdan gənclərin nazirliyin fəaliyyətində fəal iştiraka cəlb olunmasına, onların istək, rəy və təkliflərinə böyük önəm verilir.

2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi bu sahədə cari ilin müstəsna olacağını deməyə imkan verir. “Təbiəti könüllü qoruyaq” adlı könüllülər qrupu yaradılıb. Bu günədək artıq 500-ə yaxın könüllü gənc müraciət edib. Könüllülük fəaliyyətinə qoşulan gənclərdən nazirliyin ehtiyat kadr heyətinin formalaşdırılması da nəzərdə tutulur ki, bu da gənclərin iş həyatına uğurlu bir keçid fürsəti yaradacaq.

- Cənab nazir, müsahibə üçün çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili