Ətraf mühitin qorunmasının aktual problemləri müzakirə edilmişdir
Gəncə, 29 sentyabr (AZƏRTAC). Gəncədə ətraf mühitin qorunması və bu sahədə tarazlığın pozulmasına qarşı mübarizə tədbirlərinə həsr edilmiş “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, 10 saylı Ərazi Ekologiya İdarəsi tərəfindən təşkil olunmuş tədbir qeyri-meşə fondu torpaqlarında və magistral avtomobil yolları ətrafında salınan yaşıllıqların qorunması məsələlərinə həsr olunmuşdur.
Tədbirdə məlumat verilmişdir ki, bu il Gəncə və ətraf ərazilərdə ekologiyanın pozulması ilə əlaqədar 36 qanun pozuntusu aşkar edilmiş, ümumilikdə, 25 min manat cərimə sanksiyası tətbiq olunmuşdur.
Sonra “dəyirmi masa”da ərazinin ekoloji vəziyyəti təhlil edilmiş, yeni salınmış meşələrin və yaşıllıqların qorunması istiqamətində qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılmışdır. Bu sahədə əhali arasında ekoloji maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyindən danışan “dəyirmi masa” iştirakçıları maraqlı təkliflərlə çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]