ETSN: Paytaxtda torpaq aşınması qeydə alınıb
Bakı, 27 may, AZƏRTAC
Bakının Səbail rayonunun Badamdar qəsəbəsindən “20-ci sahə”yə gedən avtomobil yolunun sağ tərəfində torpaq sürüşməsinin baş verdiyi bildirilir.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev AZƏRTAC-a açıqlamasında bildirib ki, bu, lokal sürüşmədir: “Torpaq sürüşməsindən söhbət gedə bilməz. Baş verən hadisə adi torpaq aşınmasıdır. Respublikanın əksər yollarının kənarlarında, çay qıraqlarında yağan yağışın təsirindən belə torpaq aşınmaları hər gün olur. Onun sözlərinə görə, aşınmanın genişlənməsi ehtimalı yoxdur.
Ə. Piriyev bildirib ki, torpaq aşınmasının qalınlığı 10-15 santimetrdir və kiçik bir ərazini əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]