Evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar
Bakı, 5 iyun, AZƏRTAC
Bakıda oğurluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi rayon ərazisindəki üç evin həyətindən ev quşu, su nasosu, məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Xəlilov rayon polis idarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Oğurluq etdiyinə görə tutulmuş T.Ələkbərovun ətrafında Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onun daha beş evdən tikinti alətləri, elektrik naqili, dəmir barmaqlıq və məişət əşyaları oğurlaması da müəyyənləşdirilib.
Faktlarla bağlı təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]