“EVROPİAN-TABAKKO-BAKU” PLASTİK KARTLAR SİSTEMİNƏ KEÇİR
“Evropian-Tabakko-Baku” Səhmdar Cəmiyyəti bu aydan başlayaraq öz əməkdaşlarına əmək haqqını Azərbaycan Beynəlxalq Bankının /ABB/ plastik kartları ilə ödəyir. Bu məqsədlə SC-nın, demək olar, bütün işçilərinə kodlaşdırılmış plastik kartlar verilmiş və ABB-də onlar üçün şəxsi hesab açılmışdır. Əmək haqqının tez və operativ alınması üçün müəssisənin ərazisində xüsusi aparatlar - ABB-nin bankomatları quraşdırılmışdır.
Plastik kartların üstünlüyü ondadır ki, onlardan istifadə edərkən Beynəlxalq Bankın ölkəmizin ərazisində quraşdırılmış hər bir bankomatından pul götürmək mümkündür. Bundan əlavə, şəxsi hesabda olan pul vəsaitinin təhlükəsizliyi təmin edilir.
Kartların hazırlanmasına sərf olunmuş xərclər və bank xidmətlərinin ödənilməsi Səhmdar Cəmiyyətinin hesabına həyata keçirilir. Lakin itirilmiş kartın əvəzinə yenisinin hazırlanması onun sahibinə 20 ABŞ dollarına başa gələcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:42]
® “Coca-Cola”nın dəstəyi ilə “Xəzəri Qoruyaq!” ekoloji aksiyası yekunlaşıb
- 22.09.2026 [15:20]
Səkkiz ayda Astara Terminalında 537 min tondan çox yük aşırılıb
- 22.09.2026 [15:14]
Bakıda yeni müasir məhəllə qazanxanaları tikilir
- 22.09.2026 [15:09]