Əvvəllər məhkum olunmuş şəxsdə külli miqdarda narkotik vasitələr aşkarlanıb
Bakı, 14 iyul, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səbail rayonu ərazisində yaşayan, əvvəllər məhkum olunmuş R.Axundovdan 3900 qram heroin, habelə yaşadığı evə baxış zamanı 7 kiloqram 60 qram heroin və 3 kiloqram 260 qram metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı təhqiqat aparılır.