Əziz Ələkbərli: Qərbi azərbaycanlılar öz tarixi vətənlərinə qayıdacaqlarına çox inanırlar
Bakı, 7 noyabr, AZƏRTAC
44 günlük Vətən müharibəsindəki Zəfərimiz Qərbi azərbaycanlıların da öz ata-baba yurdlarına geri dönmək istəyini gücləndirib. Doğma torpaqlarından dəfələrlə deportasiya edilən soydaşlarımız indi tarixi vətənlərinə qayıdıb orada yaşayacaqlarına böyük inam bəsləyirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri (QAİ), Milli Məclisin deputatı Əziz Ələkbərli 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirdə səsləndirib.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə hamının bir olduğunu, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini diqqətə çatdıran Ə.Ələkbərli deyib: “Gün o gün olsun ki, növbəti Zəfərimizi Zəngəzurda, Qərbi Azərbaycanda qeyd edək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [16:46]
Həsən Həsənov: Atropatena Assuriya imperiyasının süqutundan sonra yaranıb
- 18.09.2026 [10:18]