Faiq Qurbanov: Velosipedçilərimiz və məşqçilərimiz gigiyenik qaydalara tam riayət edirlər
Bakı, 9 iyun, AZƏRTAC
Velosiped idmanı üzrə Federasiya Kuboku turnirində məşqçilərimiz və idmançılarımız gigiyenik qaydalara tam riayət ediblər.
Bu sözləri Dünya Velosiped Günü münasibətilə iyunun 9-da Bakıda təşkil olunan trek üzrə Federasiya Kuboku yarışında Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov AZƏRTAC-a müsahibəsində bildirib.
Bütün idmançıların texniki vasitələrlə təmin olunduğunu deyən direktor vurğulayıb: “Karantin rejimi dövründə idmançılarımızın məşqləri açıq havada deyil, evlərində davam etdirmələrinə çalışırdıq. Bu gün keçirilən yarışın əsas məqsədi idmançıların hazırlıq səviyyəsi yoxlamaq idi. İdmançı və məşqçilərimiz qoruyucu maskalarla təmin olunublar. Yarış və məşq zamanı idmançılarımız qoruyucu maskalardan istifadə etməsələr də, məşqçilərimiz daim maskalardan istifadə edib, sosial məsafə saxlamaq tələblərini yerinə yetiriblər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]