FAZA-3 LAYİHƏSİNƏ DAİR MÜQAVİLƏLƏR İMZALANMIŞDIR
bp-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müqaviləyə qazma, texnoloji təchizat və yaşayış platformasının birləşmiş göyərtəsinin yığılması, quraşdırılması və istismara verilməsi daxildir. Bu işlər zavodun tikinti-quraşdırma sahəsində, eləcə də MakDermottun Dubaydakı müəssisələrində iki il müddətində yerinə yetiriləcəkdir. Artıq mühəndis-layihə işlərinə başlanmışdır.
Xatırladaq ki, bu yataqlarda neft ehtiyatları 5,4 milyard barrel həcmində hesablanır. Faza-3-ün ümumi xərcləri 4,7 milyard dollardır. Bu məbləğin 3,2 milyardı obyektlərin tikintisinə sərf ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:56]
ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır
- 06.10.2026 [14:51]
Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir
- 06.10.2026 [14:48]