“Fənərbağça” “Sevilya”nın hücumçusunu transfer edib
Bakı, 24 iyul, AZƏRTAC
Türkiyənin “Fənərbağça” komandası Mərakeş millisinin futbolçusu Yussuf En-Nesiri ilə anlaşıb.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, İspaniyanın “Sevilya” komandasından transfer olunan 27 yaşlı hücumçu danışıqlar prosesinin son mərhələsi üçün bu gün İstanbula gələcək.
Tibbi müayinədən keçdikdən sonra təcrübəli forvardla müqavilə imzalanacaq.
Qeyd edək ki, 2020-ci ildən “Sevilya”da çıxış edən Yussuf En-Nesiri İspaniyanın “Malaqa” və “Leqanes” klublarının da formasını geyinib. Mərakeş yığmasında 67 oyun keçirən futbolçu 20 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]