Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərəh Əliyeva: Müəllif kuklaları yaradıcı ifadənin xüsusi formasıdır

Fərəh Əliyeva: Müəllif kuklaları yaradıcı ifadənin xüsusi formasıdır

Bakı, 17 avqust, Tatyana İvanayeva, AZƏRTAC

Təəssüf ki, Azərbaycanda müəllif bədii kukla sənəti hələ də sənətşünaslıq nöqteyi-nəzərindən konkret təsvirini tapmayıb. Elə bil ki, bu, artıq kukla, ya da heykəltaraşlıq deyil, teatrla, dizaynla, kultla, uşaqlarla bağlıdır. Bu anlayışı hər kəs özünəməxsus tərzdə tərif edə bilər. Sənətdə bədii kuklanın müəyyən edilməsi layiqli və çox maraqlı bir məsələdir. Kuklanın potensialının böyük olduğunu inkar etmək olmaz və müasir kukla rəssamları və sənətşünaslar bu mövzunun yeni tərəflərini və imkanlarını hələ kəşf etməyiblər. Lakin “kukla ilə oynamaq” fikri ilə əlaqəli qeyri-ciddiliyin arxasında nəyin gizləndiyini kuklanı əlləri ilə yaradan ustadan daha yaxşı heç kim bilmir.

Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Müəllif Kuklaları Təşkilatının üzvü, beynəlxalq biennalelərin iştirakçısı Fərəh Əliyeva AZƏRTAC -la söhbətində müəllif kuklasının ecazkar dünyasının bələdçisi olub. Axı o, 2010-cu ildən kuklaların hazırlanması ilə məşğuldur. Rəssamın 100-dən çox əsəri Azərbaycan, Fransa, İngiltərə, ABŞ, Gürcüstan, Rusiya və digər ölkələrin muzeylərində, rəsm qalereyalarında, səfirliklərdə və şəxsi kolleksiyalarda saxlanılır.

- Kuklaya sevgi nədən başlayır?

- Yaradanla bağlı müəyyən bir hissin mövcudluğundan. Kukla özünü dünyaya tanıtmazdan əvvəl müəlliflə müəyyən bir yol qət edən övlada bənzəyir. Bu, məxsusidir, fərdidir. Sənin yaradıcılığının, fantaziyanın məhsuludur.

- Obraz necə yaranır?

- Təxəyyüldə! Baxmayaraq ki, çox vaxt bir şey düşünülür, həyata keçirilmə prosesində isə "orijinal şəkil" transformasiya olunur. Sanki kukla özü haqqında baxışını ifadə edir. Nə geyinəcəyinə və hansı saç düzümü ilə özünü dünyaya göstərəcəyinə qədər. Odur ki, hər şey kuklanın diktə etdiyinə görə dəyişir. Bu, həqiqətən də belədir!

- Kuklalar canlıdır və xasiyyətə malikdir?

- Əlbəttə, bizim düşündüyümüzdən daha çox canlıdır və üstəlik xasiyyətə malikdir! Məsələn, elələri var ki, bir baxışla bu və ya digər məsələ ilə bağlı öz sözünü deyə bilər. Kuklaları yaratdığım illər ərzində mən bir çox mübahisələrlə qarşılaşdım! Müqavimət hiss edən kimi dərhal “tərəfdaşımı” kənara qoyub, dialoqa köklənirəm və sonunda təslim oluram…

- Baxmayaraq ki, onlar sizin əllərinizin məhsuludur.

- Başqa cür olmaz! Bunu yaradıcı insanlara xas olan sağlam dəlilik kimi müəyyən etmək olar. Amma onsuz, fikrimcə, sənət təsəvvür edilə bilməz! Məsələn, uzun müddət saç rəngi məsələsində “Qoç”a təslim olmurdum və nəticədə kukla təkid etdiyi qırmızı yalını əldə edən kimi dərhal tamamlıq hissi yarandı. O, özünü ictimaiyyətə tanıtdıqdan sonra dərhal yeni bir "yaşayış yeri" tapdı.

- İlk kuklanı xatırlayırsan?

- Əlbəttə! Mənim “Münəccim”im... İlk kuklam da o oldu... Yeri gəlmişkən, mən onu şüuraltı uşaqlıqla əlaqələndirirdim. Sehrli bir çubuğun hərəkəti ilə möcüzənin gəlişindən xəbər alacağına hələ də inamın olduğu vaxt.

- Heç bir zaman ayrılmadığın kukla varmı?

- Mən artıq bu bağlılıq vəziyyətini yaşamışam. Hər kəsə “Qoç”un nə olursa-olsun mənimlə qalacağını təkrarlamaqdan yorulmurdum, amma vaxt gəldi və o, özü üçün başqa bir ev tapdığını bildirdi, mən isə tabe oldum. Odur ki, mənim ayrılıq məsələsinə fəlsəfi münasibətim var. Eyni zamanda, mən bütün kuklalarımın hər birini ayrı-ayrılıqda sevirəm. Necə ayrıldığımdan asılı olmayaraq, onların hər birində mənim bir parçam var. Digər tərəfdən, bu qədər kuklanı necə saxlamaq olar? Həm də əzəldən elə düşünülüb ki, kukla kənarda sevinc gətirməlidir. Mənim isə onların üzərində “əldən getməyə” haqqım yoxdur, həm də bu mənə ziyandır...

 

- Kuklaların yaradılmasında əsas məqamlardan birini materialdan istifadədir.

- Mən müxtəlif materiallarla işləyirəm. Hər bir kukla üçün verilən parametrlərə ən yaxşı cavab verənləri seçirəm. Bir çox kukla qarışıq texnikadan istifadə etməklə yaradılır. Məsələn, mən gil və papye-maşe birləşməsini sevirəm. Təxəyyülüm təkcə materiallarda təcəssümünü tapmır, çılğınlaşmasına imkan verən avanqard kuklaları da sevirəm. Onlar proporsiyaları pozmağa imkan verirlər. Hər hansı bir qaydaya əməl etmədən, nəticədə unikal üslubda ifadə olunan qeyri-adi yanaşmalar axtara bilirəm. Buna görə də materiallar da düşünülən obraza uyğun seçilir. Buna əyani nümunə kimi, memarlığın kukla obrazına sintez olunan “Qız qalası”nı qeyd edə bilərəm. Onu yaratmaq mənim üçün kifayət deyildi. Mən ona simvolumuzun uzun illərdir diqqəti cəlb etdiyi və buna davam edən rəssamların timsalında özünəməxsus çalar bəxş etmək qərarına gəldim.

- Kukla yaratmaq sənəti çətindir?

- Olduqca çətindir! Bu sənətlə bağlı bütün təlatümlərin öhdəsindən gəlmək hər kəsin işi deyil. Ona görə də Azərbaycanda kukla ustası azdır! Bu kədərlidir. Axı müəllif kuklaları yaradıcı ifadənin xüsusi formasıdır.

- Bəs, kukla yaratmağa maraq yaranıbsa, nəyə hazır olmaq lazımdır?

- Kukla sənətini öyrənməyə gələnlərə ilk sözüm odur ki, səbirli olsunlar... Lakin, demək lazımdır ki, bir çoxları arzularını heç olmasa bir kukla yaratmaq xəyalı ilə izah edirlər. Daha sonra isə necə alınarsa... Bir mentor kimi təcrübəmə əsaslanaraq qeyd edə bilərəm ki, uşaqlıqdan bu cür düşüncələrə malik olan gənc oğlanların sayı kifayət qədərdir. Onlar güclərini sınamaq üçün gəlirlər. Bəziləri davam edir, amma bu həvəskar mərhələdir. Halbuki kukla ustası olmaq illərlə təcrübə və öz üzərində daim işləməklə dəstəklənən çox böyük zəhmət tələb edir. Təəssüf ki, müasir nəslin nümayəndələrinin böyük əksəriyyəti buna hazır deyil və öhdəsindən gəlmir. Çox heyif …

- Buna görə də başqalarına kukla düzəltmək sənətini öyrətməyi üzərinə götürdün?

- Mən kukla sənətinə daha geniş diqqətin cəlb edilməsini çox istərdim. Təəssüf ki, Azərbaycanda dünya, hətta Rusiya ilə müqayisədə müəllif kuklaları yaradan ustalar çox azdır. Təhsil və təlimə peşəkar yanaşma yoxdur. Əsasən, kukla rəssamları özləri tələbələr yetişdirirlər. Mən isə hesab edirəm ki, gəncləri cəlb etməklə biz yüz illər əvvələ gedib çıxan və bir çox ölkələrdə məşhur olan sənətə milli kolorit gətirə və bununla da artıq dünyanın bir hissəsinə çevrilmiş öz mədəniyyətimizi zənginləşdirə bilərik.

- Bəlkə burada məsələ Azərbaycanda bu sənətin perspektivləri və nisbətən gənc olmasındadır?

- Mübahisə etmirəm. Kuklalarımızın qədim zamanlardan tanınmasına baxmayaraq, müəlliflik kateqoriyasına daxil olan kuklalar, yəni ayrıca sənət növü kimi ortaya çıxanlar tarixi istedadla öyünə bilməz. İlk kukla biennalesi yalnız 2011-ci ildə oldu! Bəli, Azərbaycan ustaları bu qədər “gənc” olmasına baxmayaraq, artıq kukla sənəti ilə bağlı müxtəlif tədbirlərdə iştirak etməyi bacarıblar, amma məncə, dünya səviyyəsinə çıxmağımızı əminliklə deyə bilmərik. Bu gün bizim dünya səhnəsindəki çıxışlarımızı kifayət qədər seyrək adlandırmaq olar... Amma bu, yalnız onu təsdiqləyir ki, biz sadəcə olaraq bu istiqaməti inkişaf etdirməliyik. Həm də mümkün qədər tez-tez özümüzü təqdim etməliyik...

- Sərgilər təkcə ictimaiyyətin diqqətini cəlb etmək üçün deyil, həm də müəllif kukla ustalarının özləri üçün də vacibdir?

- Sərgilər heç nə ilə müqayisə oluna bilməyən bir hiss doğurur! Beynəlxalq səviyyə də daxil olmaqla sərgi layihələrində iştirak inanılmaz təkan verir, kukla yaratmaq üçün çoxlu və müxtəlif texniki incəliklərlə tanışlıq imkanı yaradır. Qarşınızda tanınmış kukla ustalarının əsərlərini görəndə, onun yaradıcılıq üçün nə qədər qeyri-məhdud məkan yaratdığına heyran olursan. Mən onlarda mükəmməlliklə təmas görürəm və başa düşürəm ki, dünya kukla müəllifləri ilə bir sırada durmaq yalnız səndən asılıdır. İlk dəfə Moskva Beynəlxalq Kukla Biennalesində olduğumu və ən ziddiyyətli hisslərə qapıldığımı xatırlayıram: məşhur rəssamların əsərlərinə heyranlıq və istər-istəməz onlarla müqayisə etdiyim öz əsərlərimdən bəzi çaşqınlıqlar yaşadım. Ancaq öz üzərimdə çalışmağım üçün mənə güclü təkan verdilər! Tətbiq vektoru dəyişdi - kuklanı ictimaiyyətə təqdim etmək üçün onu daha sürətli düzəltmək istəyindən tələb olunan vaxtdan asılı olmayaraq keyfiyyətin prioritet olduğu rejimə keçdim. Ona görə təcrübəm əsasında hər zaman qeyd edəcəyəm ki, Azərbaycan kukla ustalarının beynəlxalq ixtisaslaşdırılmış sərgilərdə iştirak etməsi böyük əhəmiyyət kəsb edir. Onların böyük motivasiyası var!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir YENİLƏNƏCƏK

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər