Fərhad Bədəlbəyli: Gələcəkdə Kəlbəcərdə mütləq musiqi festivalları təşkil edilməlidir
Kəlbəcər, 25 noyabr, Abdulla Suvar, AZƏRTAC
Kəlbəcərə ilk dəfədir gəlirəm. Şuşanın dağları gözəldir, amma Kəlbəcərin dağları sanki bizi qucaqlayır, əhatə edir. Bu, dünyada, bəlkə də, unikal bir yerdir. Həmçinin “İstisu”ya da getdik, oradan su içdik – bu, həqiqətən bir möcüzədir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli deyib.
O əlavə edib: “İstərdim ki, Kəlbəcərdə həmişə belə bayramlar keçirilsin. Fikirləşirəm ki, gələcəkdə burada mütləq musiqi festivalları təşkil edilməlidir. Sadəcə aşıqlar və muğam ifaçıları deyil, həm də böyük musiqi kollektivləri buraya gəlməlidir. Tədbirlə də İspaniyadan, İtaliyadan turistlər iştirak etməlidir. Mən inanıram ki, Kəlbəcər gündən-günə daha da gözəl olacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
- 23.09.2026 [21:08]
Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]