Fərid Şəfiyev: Azərbaycanla Qazaxıstanın beyin mərkəzləri arasında münasibətlər mühüm əhəmiyyət daşıyır
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan ilə Qazaxıstan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri mövcuddur. Müsibətlərimiz getdikcə dərinləşməkdədir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan-Qazaxıstan Ekspert Şurasının martın 13-də Bakıda keçirilən üçüncü iclasında səsləndirib.
Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artdığını xatırladan BMTM-in rəhbəri bildirib ki, əlavə biznes imkanlarının yaradılması, energetika, nəqliyyat və digər sahələrdə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.
Fərid Şərifov vurğulayıb ki, iki ölkənin beyin mərkəzləri arasında da münasibətlər mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə əməkdaşlığımız genişləndirilməlidir.
Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu arasında “Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması haqqında Anlaşma Memorandumu” 2022-ci il mayın 23-də imzalanıb. Ekspert Şurasının ilk iclası həmin il avqustun 19-da Qazaxıstanın paytaxtı Astanada keçirilib. İkinci iclas isə 2023-cü il aprelin 7-də Bakı şəhərində təşkil olunub. Ekspert Şurasının iclası ikitərəfli gündəmin və ümumi dinamikanın təhlili baxımından vacib platformadır.