Fernando Alonso: Bakı trası pilotlar üçün unikal çağırışdır
Bakı, 27 aprel, AZƏRTAC
“Aston Martin” komandasının pilotu Fernando Alonso aprelin 28-30-da keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisində qarşıdakı çıxışı haqqında danışıb.
AZƏRTAC xəbər verir ki, ispaniyalı pilot deyib: “Bir neçə həftəlik fasilədən sonra yenidən mübarizəyə qayıtmaq məni məmnun edir. Mən yaxşı istirahət etmişəm və indi mürəkkəb Bakı trasında yürüşü çox gözləyirəm. Bu, bizim hər birimiz üçün sınaqdır.
Dar və asta şəhər döngələri sürətli hissələrlə birləşdirən bu tras pilotlar üçün unikal çağırışdır və hücum etmək, mövqe uğrunda mübarizə aparmaq imkanı verir.
Sevinirəm ki, bu uik-end zamanı bizi şənbə sprinti ilə mərhələ gözləyir. Biz bu trasda çoxlu maraqlı yürüşlərin şahidi olmuşuq, indi isə daha cəlbedici olmalıdır. Axı irəlidə iki təsnifat və iki yürüş var.
Üç Qran-Pridən sonra biz maşını daha yaxşı tanıyırıq. Mühüm olan Avstraliyada başlanan işi davam etdirmək və sonrakı inkişafa nail olmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]