Fevralda 328 xarici investisiyalı kommersiya hüquqi şəxs qeydiyyatdan keçib
Bakı, 7 mart, AZƏRTAC
Bu ilin fevralında 328 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə qeydiyyata alınan 328 xarici investisiyalı kommersiya qurumunun 326-sının fəaliyyəti aktiv olub, 2-sinin fəaliyyəti dayandırılıb. Fevralda xarici investisiyalı kommersiya hüquqi şəxs ləğv edilməyib. Ay ərzində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin 34,1 faizi Pakistan, 22 faizi İran, 9,4 faizi Türkiyə, 12,2 faizi Hindistan, 1,8 faizi Şri-Lanka investisiyalı hüquqi şəxslərdir.
Dövlət qeydiyyatından keçmiş xarici investisiyalı kommersiya hüquqi şəxslərin 64,3 faizi xidmət, 19,5 faizi ticarət, 5,1 faizi sənaye, 2,7 faizi tikinti, 1,8 faizi kənd təsərrüfatı, 0,6 faizi nəqliyyat, 0,6 faizi rabitə, 2,7 faizi isə digər sahədə fəaliyyət göstərirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]