Fevralın 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı vardır.
Temperaturun gecə 3-5°, gündüz 8-13° isti, Bakıda gecə 3-5°, gündüz 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturum gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-4° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5°, gündüz 11-16° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 0-3°, gündüz 9-14° isti, dağlarda gecə 0-3°, yüksək dağlıq ərazilərdə 3-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 1-6°, gündüz 11-16° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperatur gecə 4-7°, gündüz 9-14° isti, dağlarda gecə 0-3°, gündüz 5-10° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, fevralın 18-də arabir güclənən cənub küləyinin 19-da güclü şimal küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişsizdir.