Fevralın 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı ehtimalı vardır. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4-6°, gündüz 11-16° isti, Bakıda gecə 4-6°, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 fazi təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 12-17° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1-5°, gündüz 12-17° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, arabir duman olacaqdır. Lakin axşama doğru bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 4-7°, yüksək dağlıq ərazilərdə 5-10°, gündüz 0-3° şaxta olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1-6°, gündüz 12-17° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır. Lakin axşama doğru bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Temperatur gecə 2-6°, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın iki gün ərzində Abşeron yarımadasında mülayim cənub-qərb küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunması əksər meteohəssas insanlarda diskomfort hissi yarada bilər.