Fevralın 23-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində az yağıntı olacağı ehtimalı vardır.
Temperaturun gecə 2-4°, gündüz 6-8° isti, Bakıda gecə 2-4°, gündüz 6-8° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Temperatur gecə 0-5°, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 8-13° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperatur gecə 1-6° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 0-4°, gündüz 8-13° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
bəzi yerlərdə yağıntı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-7°, yüksək dağlıq ərazilərdə 7-12°, gündüz 0-3° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5°, gündüz 9-14° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
bəzi yerlərdə yağıntı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-5°, gündüz 8-13° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.