FHN: Bakı-Qazax avtomagistralında suyun çəkilərək kənarlaşdırılması işi sona çatdırılıb VİDEO
Bakı, 16 oktyabr, AZƏRTAC
Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonundan keçən hissəsində baş vermiş qəza nəticəsində ətraf ərazilərdə baş vermiş subasmanın aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi təmin olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, FHN-in qüvvələri tərəfindən Bakı-Qazax avtomagistralı boyu su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi gecə saatlarında sona çatdırılıb.