FHN gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Bakı, 5 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əlverişsiz hava şəraitinin gözlənilməsinə dair xəbərdarlığı ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyulun 7-dək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında arabir güclü küləyin əsməsinin proqnozlaşdırıldığı qeyd olunub.
Gözlənilən hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciətində güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir: “Xüsusilə, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir. Həmçinin güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]