FHN-in əməkdaşları nazirliyin Tibb Mərkəzində COVID-19 əleyhinə peyvənd olunur
Bakı, 3 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının COVID-19 virusuna qarşı vaksinasiyası davam etdirilir.
AZƏRTAC xəbər verir ki, martın 3-də FHN-in Tibb Mərkəzində nazirliyin əməkdaşlarının daha bir qrupu peyvənd olunub.
Fevralın 25-də başlayan vaksinasiya prosesi nəticəsində nazirliyin 300-dən çox əməkdaşı artıq peyvənd edilib.