FHN: Son sutka ərzində 41 halda yanğına çıxış əməliyyatları həyata keçirilib VİDEO
Bakı, 22 mart, AZƏRTAC
Son sutka ərzində Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 41 halda yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların xilas olunması təmin edilib. Sutka ərzində 1 nəfər xilas edilib, 2 nəfər xəsarət alıb.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.