Finlandiya bu ölkəyə Avstriya, Sloveniya və İsveçrədən sərnişin gəlişinə məhdudiyyətləri bərpa edir
Stokholm, 25 iyul, AZƏRTAC
Finlandiya bu ölkəyə Avstriya, Sloveniya və İsveçrədən sərnişin gəlişinə məhdudiyyətləri bərpa edir.
AZƏRTAC xəbər verir ki, Finlandiya hökumətinin yeni qərarına əsasən son həftələrdə koronavirus infeksiyasının artdığı üç ölkədən gələn sərnişinlər üçün daxili sərhəd nəzarətini və digər məhdudiyyətləri tezliklə bərpa edəcək.
İyulun 27-dən etibarən Avstriya, Sloveniya və İsveçrə sakinləri ciddi səbəblər olmadan bu ölkəyə gələ bilməyəcəklər. Bundan əlavə, pandemiya ilə bağlı mürəkkəb vəziyyət nəzərə alınmaqla Fransa, Lüksemburq, Polşa, Portuqaliya, İspaniya, İsveç və Çexiya sakinləri üçün də daxili sərhəd nəzarəti qüvvədə qalacaq.
Bundan əvvəl elan edilmişdi ki, son 14 gündə hər 100 min sakin hesabı ilə koronavirusa yoluxma faktları səkkizdən çox olmayan ölkələr üçün mövcud məhdudiyyətlər götürülə bilər. Finlandiya hökuməti bu qərarı qəbul edərkən müvafiq ölkələrdə koronavirusun yayılma səviyyəsi və həmin ölkələrin Finlandiya üçün iqtisadi əhəmiyyəti kimi amilləri rəhbər tutur.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]