Finlandiyada yaşayan azərbaycanlılar və ruslar 9 May - Qələbə Gününü birgə qeyd ediblər
Stokholm, 9 may, AZƏRTAC
Finlandiyada yaşayan azərbaycanlılar və ruslar 9 May - Qələbə Gününü birgə qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, Finlandiyanın Hanko şəhərində keçirilən tədbirə müharibədə qalib gəlmiş digər xalqların nümayəndələri də qatılıblar.
Azərbaycanlı diaspor fəallarının, yerli ictimaiyyət nümayəndələrinin və müxtəlif diaspor təşkilatlarının üzvlərinin, habelə Rusiyanın Finlandiyada səfiri Pavel Kuznezovun da qatıldığı tədbirdə çıxış edən Finlandiyada Azərbaycan-Türk Gənclər təşkilatın sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Ülviyyə Cabbarova Azərbaycan xalqının İkinci Dünya müharibəsində qazanılan qələbədəki rolundan bəhs edib. Ülviyyə Cabbarova xatırladıb ki, müharibədə 700 minə yaxın azərbaycanlı iştirak edib, lakin ölkəmizin töhfəsi bununla kifayətlənmir və müharibədə qazanılan qələbədə Bakı neftinin xüsusi rolu olub.
Tədbir bədii hissə ilə davam etdirilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm